Bütün xəbərlər
19 may, 17:09

Bakı Mühəndislik Universitetində (BMU) “Azad Mirzəcanzadə İnkişaf Proqramı” ilə bağlı tələbələr üçün infosessiya keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, BMU-nun sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Bayram Hüseynzadə universitetdə təhsil alan tələbələrin yerli və beynəlxalq yarışlarda qazandıqları nailiyyətlərdən, bir sıra proqram, eləcə də startap layihələrində innovativ ideyalarla uğurlu çıxışlarından söz açıb. “Azad Mirzəcanzadə İnkişaf Proqramı”nın tələbələrin öz potensiallarını inkişaf etdirmələri üçün əhəmiyyətini önə çəkən prorektor onları layihənin yaratdığı imkanlardan faydalanmağa çağırıb.

Sonra proqramın rəhbəri Leyla Seyidzadə layihə haqqında ətraflı məlumat verib. Bildirib ki, 2023-cü ildən həyata keçirilən bu proqram insan kapitalının inkişafına xidmət məqsədi daşıyaraq gənclərin innovativ düşüncə, sosial məsuliyyət, elmi yanaşma əsasında formalaşmasına dəstək olur, onlara təşəbbüskarlıq, yaradıcılıq və ictimai faydalı ideyalarını reallaşdırmaq üçün mentorluq, təlim, eləcə də maliyyə dəstəyi təqdim edir. Proqramın akademik Azad Mirzəcanzadənin adını daşımasının təsadüfi olmadığını deyən Leyla Seyidzadə böyük alimin elmə gətirdiyi yeniliklər, verdiyi mühüm töhfələrdən danışıb, proqramın da məhz onun elmdəki prinsiplərinin növbəti nəsillərə ötürülməsi məqsədi daşıdığını söyləyib.

Tədbir çərçivəsində layihənin əhatə etdiyi istiqamətlər, icra mərhələləri, qeydiyyat, seçim prosesi və s. məqamlar da iştirakçıların diqqətinə çatdırılıb. Qeyd olunub ki, aktual problemlərin yaradıcı həlli yollarını tapmağı bacaran, gələcəyə töhfə verməyə çalışan gənclər bu proqrama həm fərd, həm də komanda şəklində qatıla bilərlər.

İnfosessiyanın sonunda tələbələri maraqlandıran suallara aydınlıq gətirilib.

1 /4

Şərhlər

Xəbər lenti

19 may, 22:34

Agentlik Zaqatalada gimnaziyanın bağlanacağı iddialarına aydınlıq gətirdi

19 may, 21:00

NDU ilə AƏSMA arasında Əməkdaşlıq Memorandumu imzalanıb 

19 may, 17:48

AzMİU-da üç yeni laboratoriya istifadəyə verilib

19 may, 17:43

Təhsil İnstitutu yenidən “Müasir metodist” müsabiqəsi elan edir

19 may, 17:09

BSU-da ustad dərsi keçirilib

19 may, 17:06

Vətən müharibəsi iştirakçıları ilə məktəblilərin görüşü təşkil edilib

19 may, 17:00

Təhsillə inkişaf edən Qarabağ 

19 may, 16:51

BDU-da XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib

19 may, 16:43

BMU-da əcnəbi tələbələr üçün “Cultural Crossroads” adlı tədbir təşkil olunub

19 may, 16:31

Rektor BANM-də təhsil alan rumıniyalı tələbələrlə görüşüb

19 may, 16:30

Üzgüçülük idman növü üzrə respublika birinciliyi keçirilib 

19 may, 16:15

İntellektual məktəb çempionatının zona mərhələsi yekunlaşıb

19 may, 16:10

NDU-nun tələbələri Norveçdə beynəlxalq uğur qazanıb

19 may, 15:39

Macarıstanda Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olub

19 may, 15:26

“Müasir metodist” layihəsinin metodistləri nominasiyaya layiq görülüblər

19 may, 15:00

AzMİU-da süni intellektin tətbiqi ilə bağlı beynəlxalq elmi konfrans keçirilib

19 may, 14:25

Fənn olimpiadalarının qəhrəmanları: Cənub məktəblilərinin uğurları 

19 may, 14:19

Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

19 may, 14:18

Magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı və çərçivə sənədi təsdiqlənib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.