
2024/2025-ci tədris ilinin yaz semestrində Bakı Ali Neft Məktəbində (BANM) “Neft-qaz mühəndisliyi” ixtisası üzrə mübadilə proqramı çərçivəsində təhsil almış Rumıniyanın Ploeşti Neft-qaz Universitetinin tələbələri – Antonio-Cosmin Spanu, Anca-Maria Maxim, Marian-Mihail Ionescu, Dominic-Patrick Bartha və Ionut-Vladut Culpean BANM-in rektoru Elmar Qasımovla görüşüblər.
BANM-dən “Azərbaycan müəllimi”nə bildirilib ki, rektor Elmar Qasımov tələbələrin BANM-dəkı təhsil və Azərbaycandakı həyat təəssüratları ilə maraqlanıb. Rumıniyalı tələbələr qazandıqları təcrübədən məmnun qaldıqlarını və BANM-də olmaqdan məmnun olduqlarını bildiriblər.
1 /4
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər