Bütün xəbərlər
19 may, 16:51

Bakı Dövlət Universitetində (BDU) V Azərbaycan Astronomiya Olimpiadasının qalibləri arasında XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına seçmə imtahanı keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, aprel ayından etibarən BDU və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin mütəxəssisləri tərəfindən olimpiada qalibləri üçün təşkil edilən hazırlıq dərslərində öyrədilən mövzular əsasında təşkil olunan seçim imtahanının nəticələrinə əsasən müəyyən edilən 5 nəfərlik komanda 11–21 avqust tarixlərində Hindistanda keçiriləcək XVIII Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Azərbaycanı təmsil edəcək. Seçilmiş şagirdlərin nəzəri və praktiki hazırlığı olimpiadaya qədər davam etdiriləcək.

Qeyd edək ki, Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadası hər il ənənəvi olaraq təşkil olunur və nüfuzlu beynəlxalq elm olimpiadaları sırasında yer alır. Olimpiada nəzəriyyə, məlumatların təhlili, teleskoplardan istifadə və digər praktiki mərhələlərdən ibarətdir. Qaliblər medal və fəxri adlarla təltif olunurlar. Azərbaycan məktəbliləri artıq 4 ildir ki, bu mötəbər olimpiadada iştirak edirlər və bu müddət ərzində 7 dəfə fəxri ada layiq görülüblər.

Azərbaycan komandası builki Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında Təhsil İnstitutunun dəstəyi ilə iştirak edir. V Azərbaycan Astronomiya Olimpiadası və hazırlıq dərsləri Cənubi Qafqazda yeganə planetarium olan Tusi-Bohm Planetariumunun baş sponsorluğu ilə həyata keçirilir. Bu kimi layihələr gələcək alimlərin formalaşmasına və ölkəmizin elmi-intellektual inkişafına mühüm töhfə verir.

1 /1

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.