
Mayın 19-da Naxçıvan Dövlət Universiteti (NDU) və Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyası (AƏSMA) arasında görüş olub.
NDU-num Media və ictimaiyyətlə əlaqələr şöbəsindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, görüşdə Naxçıvan Dövlət Universitetinin, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının, Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının və Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının nümayəndələri iştirak edib.
Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev birgə əlaqələrin qurulmasında, ümumilikdə əmək bazarında məzunların müvəffəqiyyət göstəricilərinin yüksəldilməsində maraqlı tərəf kimi gözləntilərinin yüksək olmasına, dövlət-universitet əməkdaşlığının əhəmiyyətinə diqqət çəkib.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev görüşdən məmnunluq ifadə edib, birgə əməkdaşlıqların rəqabətədavamlı kadrların hazırlanmasına və bir sıra yeniliklərə əsas olacağını vurğulayıb.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədrinin müşaviri Orxan Ərəbov qurulacaq ortaq fəaliyyəti əhəmiyyətli və uğurlu əməkdaşlıq olaraq qiymətləndirib.
Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası rektor vəzifəsini müvəqqəti icra edən Yusif Ağayev perspektivdə planlaşdırılan fəaliyyətlərin aktiv işbirliyinə hədəfləndiyini söyləyib, turizm, iqtisadiyyat, maliyyə, sosial iş və digər sahələrdə mövcud təcrübələrin bölüşülməsində maraqlı tərəf kimi uğurlu əməkdaşlığın nəzərdə tutuluduğunu ifadə edib.
Aparılan ikitərəfli müzakirələrdən sonra memorandumdan irəli gələn məsələlərin operativ həlli məqsədi ilə məsul şəxslər təyin edilib, işçi qrupların yaradılmasına qərar verilib və Əməkdaşlıq Memorandumu imzalanıb.
1 /12
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər