
1–5 sentyabr 2025-ci il tarixlərində Bakı Slavyan Universitetində (BSU) ümumtəhsil müəssisələrinin rəhbərləri üçün “İnklüziv və adaptiv təhsil” mövzusunda peşəkar inkişaf təlimi təşkil olunub.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlimdə Bakı Şəhəri Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 15 ümumtəhsil müəssisəsinin, o cümlədən 1 xüsusi internat məktəbinin direktorları iştirak ediblər.
Təlimin ilk günündə BSU-nun rektoru Anar Nağıyev iştirakçılarla görüşərək onların gözləntiləri ilə maraqların və inklüziv təhsil sahəsində görülən işlərin əhəmiyyətini vurğulayıb.
Proqram 4 modul üzrə həyata keçirilib:
– I gün – Modul I: “İnklüziv və adaptiv təhsil yanaşmaları”
Təlimçi: Lamiə Hacımuradova, inklüziv təhsil üzrə ekspert.
Məqsəd: Direktorların inklüziv məktəb modelinin qurulması, adaptiv təhsil mühitinin təşkili və fərdi ehtiyaclara uyğun təhsil sistemlərinin idarə olunması üzrə strateji bacarıqlarının inkişaf etdirilməsi.
– II gün – Modul III: “İdarəetmə psixologiyası”
Təlimçi: Fatimə Abıyeva, BSU-nun İnklüziv və adaptiv təhsil kafedrasının müəllimi.
Məqsəd: Effektiv rəhbərlik və sağlam psixoloji mühitin formalaşdırılması istiqamətində idarəetmə psixologiyasının əsaslarının öyrədilməsi.
– III gün – Modul II: “Fərdi Tədris Planı: rəhbərlik və məktəbdaxili koordinasiya baxımından yanaşma”
Təlimçi: Milana Həsənova, Birgə və Sağlam İctimai Birliyinin Autizm Mərkəzinin baş mütəxəssisi.
Məqsəd: Fərdi Tədris Planlarının hazırlanması və icrasında məktəb rəhbərlərinin koordinasiya və resursların idarə olunması bacarıqlarını gücləndirmək.
– IV gün – Modul IV: “İnklüziv və adaptiv təhsilin təşkilində əməkdaşlıq və şəbəkələşmənin idarə olunması”
Təlimçi: Arzu Məmmədova, BSU-nun İnklüziv və adaptiv təhsil kafedrasının müdiri.
Məqsəd: Məktəb rəhbərlərinin müəllimlər, valideynlər, dəstək heyəti və dövlət qurumları ilə səmərəli əməkdaşlıq qurmaq bacarığının inkişaf etdirilməsi.
Təlim müddətində iştirakçılar üçün 30 saatlıq (1 kreditlik) peşəkar inkişaf proqramı təqdim olunub. Hər modul üzrə diaqnostik qiymətləndirmə aparılıb, yekunda isə iştirakçılar reflektiv qiymətləndirmə vasitəsilə proqramın effektivliyini və şəxsi öyrənmə təcrübələrini dəyərləndiriblər.
BSU-nun təşkil etdiyi bu təlim məktəb direktorlarının inklüziv və adaptiv təhsilin idarə olunması sahəsində nəzəri və praktik biliklərinin artırılmasına, həmçinin müasir idarəçilik bacarıqlarının inkişafına mühüm töhfə verib.
1 /10
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər