
Bu gün coğrafiya və ibtidai sinif müəllimləri üzrə təhsilverənlərin sertifikatlaşdırılması imtahanı keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, hazırda 17 şəhər üzrə 24 mərkəzdə imtahan başlayıb.
Qeyd edək ki, bu gün təşkil olunan test imtahanına ümumilikdə 4330 nəfər müəllim dəvət olunub.
Hamilə qadınlar, 3 yaşadək uşağa qulluğa görə sosial məzuniyyətdə olan və məzuniyyətdən qayıtdıqdan sonra bir ildən az müddətdə fəaliyyət göstərən qadın müəllimlər (uşağını təkbaşına böyüdənlər də daxil olmaqla), eləcə də ilk dəfə işə qəbul olunan müəllimlər üç il müddətində sertifikasiyadan azaddırlar.
Sertifikasiya imtahanında iştirak icbaridir. Lakin 60 yaşdan yuxarı müəllimlər üçün könüllü xarakter daşıyır. İmtahanda 51 və daha yüksək bal toplayan müəllimlərin aylıq əməkhaqqına 35 faiz həcmində əlavə ediləcək.
Xatırladaq ki, bu il ilk dəfə olaraq coğrafiya, biologiya, kimya, fizika və informatika fənləri üzrə də sertifikasiya imtahanları təşkil olunur.
Foto: Kənan QAFAROV
1 /14
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər