
"Bu gün sertifikatlaşdırma prosesinin növbəti mərhələsini izlədik. Şəffaf, elektron sistem üzərində qurulmuş və ölkə üzrə tətbiq olunan bu proses həqiqətən də diqqətəlayiqdir".
Bu fikirləri müəllimlərin sertifikatlaşdırılması imtahanının ikinci günündə təşkil olunan infoturda iştirak edən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Mehriban Vəliyeva “Azərbaycan müəllimi”nə açıqlamasında bildirib.
Deputat qeyd edib ki, sertifikatlaşdırma müəllimlərin davamlı inkişafı, pedaqoji fəaliyyətlərinin qiymətləndirilməsi və peşəkar yüksəlişi baxımından mühüm əhəmiyyət daşıyır:
“Bu sistem eyni zamanda differensial əməkhaqqının tətbiqi, müəllimlərin motivasiyasının artırılması və karyera pillələrində irəliləmələri üçün vacib alətdir”.
Mehriban Vəliyevanın sözlərinə görə, ən önəmli məqam ondan ibarətdir ki, bu proses davamlı xarakter daşıyır və təhsilin keyfiyyətinə birbaşa müsbət təsir göstərir.
O əlavə edib ki, sertifikatlaşdırma həm də müəllimlər arasında bilik və təcrübə mübadiləsinin, əməkdaşlıq imkanlarının genişlənməsi, eləcə də valideyn-müəllim tərəfdaşlığının gücləndirilməsi baxımından əhəmiyyətlidir.
"Bu prosesi təhsil sahəsində həyata keçirilən ən genişmiqyaslı islahatlardan biri kimi dəyərləndirmək olar. İnanıram ki, yaxın gələcəkdə bu sistem təhsilin keyfiyyətinə mühüm töhfələr verəcək", – deyə deputat bildirib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər