Bütün xəbərlər
19 iyun, 13:46

Bu gün keçirilən sertifikatlaşdırma imtahanında Lənkəran-Astara bölgəsinin iki müəllimi maksimum (60 bal) nəticə göstərib.

"Azərbaycan müəllimi" xəbər verir ki, onlar Masallı şəhəri 2 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Azad Mustafayev və Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli orta məktəbin coğrafiya müəllimi Rəvan İmanovdur. 

“Azərbaycan müəllimi” hər iki müəllimlə həmsöhbət olaraq onların imtahan təəssüratlarını öyrənib.

Cəlilabad rayonunun olan Rəvan İmanov Azərbaycan Dövlət Pedaqoji Universitetinin Tarix-Coğrafiya fakültəsində təhsil alıb. Müəllimlik fəaliyyəti ilə yanaşı, o, Vətən müharibəsində də böyük şücaət göstərib, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunub. 2020-ci ildə MİQ imtahanlarında mümkün 60 baldan 56 bal toplayaraq Cəlilabad şəhəri Şah İsmayıl Xətai adına 4 nömrəli tam orta məktəbdə coğrafiya müəllimi kimi pedaqoji fəaliyyətə başlayan Rəvan müəllim bugünkü imtahanla bağlı təəssüratlarını bölüşüb: “İmtahan tam şəffaf və yaxşı təşkil olunmuşdu. Öz üzərində işləyən müəllimlər üçün çətinlik yox idi. Suallar müxtəlif səviyyələrdə idi. Sertifikatlaşdırma prosesinin faydası böyükdür. Sertifikatlaşdırma müəllimləri daim axtarışda olmağa, yeni biliklər əldə etməyə sövq edir”.

“Bu imtahanların hər zaman tərəfdarı olmuşam”

Azad Mustafayev isə pedaqoji fəaliyyətə 2012-2013-cü tədris ilində Cəlilabad rayonunun Kazımabad kənd tam orta məktəbində başlayıb. 2020-2021-ci tədris ilində müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində uğur qazanaraq Masallı şəhəri Nəriman Nərimanov adına 2 nömrəli tam orta məktəbində fəaliyyətini davam etdirib. Hazırda bu məktəbdə coğrafiya fənnini tədris edən müəllim həm də 2024-cü ildə keçirilən müəllimlərin işə qəbul müsabiqəsində iştirak edərək 83.25 balla Masallı rayon M.Hacıyev adına Ərəb kənd ümumi orta məktəbində ikinci iş yerinə qəbul olunub. Sertifikatlaşdırma imtahanı barədə fikirlərini bölüşən Azad Mustafayev imtahan prosesindən razı qaldığını bildirib: “İmtahan çox yaxşı keçdi. Suallardan razı qaldım. Hər səviyyəyə uyğun suallar var idi. İmtahana tam müstəqil şəkildə özüm hazırlaşdım. Düşünürəm ki, məsuliyyəti və öz üzərində ciddi şəkildə çalışan hər bir müəllim bu uğuru əldə edə bilər”.

Azad müəllim sertifikatlaşdırma imtahanlarının vacibliyini də vurğulayıb: “Bu imtahanların hər zaman tərəfdarı olmuşam. Çünki bu proses müəllimlərə maddi vəziyyətlərini yaxşılaşdırmağa imkan verməklə yanaşı, eyni zamanda onların öz bilik səviyyələrini də qiymətləndirməyə imkan verir. Sertifikatlaşdırma müəllimə zəif və güclü tərəflərini görməyi və üzərində işləməyi öyrədir. Bu baxımdan faydalı prosesdir”.

Qeyd edək ki, bu gün Lənkəran-Astara Regional Təhsil İdarəsi üzrə Astara, Masallı və Lənkəranda yerləşən 3 mərkəzdə 415 nəfər müəllimin test imtahanı mərhələsinə cəlb olunması nəzərdə tutulub.  Bugünkü sertifikatlaşdırma prosesində coğrafiya, ibtidai sinif müəllimləri iştirak edirlər.

1 /3

Şərhlər

Xəbər lenti

20 avqust, 13:44

Azərbaycanda orta məktəblərin sayı artıb

20 avqust, 13:03

İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib

20 avqust, 13:01

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb – STATİSTİKA

20 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

20 avqust, 12:40

“Bir müəllimin manifesti” proqramına qeydiyyat başlayıb

20 avqust, 12:36

17 yaşlı məktəbli startapına 1,5 milyon dollar sərmayə cəlb edib

20 avqust, 11:51

Ən güclü rəqabət hansı qrupdadır? – Ali məktəblərə qəbulla bağlı real gözləntilər

20 avqust, 11:38

Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 avqust, 11:31

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

20 avqust, 11:15

Qeyri-səlis məntiq nədir?

20 avqust, 10:47

Azərbaycan və Türkiyə alimləri güclü terapevtik potensiala malik maddələr sintez ediblər

20 avqust, 10:36

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib

20 avqust, 10:29

ADNSU Rumıniyada beynəlxalq konfrans keçirəcək

20 avqust, 10:28

Kanadada 75 milyon illik qədim çəyirtkə qalıqları tapılıb

20 avqust, 10:26

MİQ-in müsahibə mərhələsində 4 minə yaxın namizəd iştirak edəcək

20 avqust, 10:22

Magistraturaya əlavə yerləşdirmə ilə qəbul olanların qeydiyyatı başlayır

20 avqust, 10:13

Naxçıvanın kikboksçuları Türkiyədən 23 medalla qayıtdılar: 16-sı qızıldır 

20 avqust, 10:09

Naxçıvanda peşə təhsil müəssisələrinə 498 tələbə qəbul olub

20 avqust, 09:58

Məktəbdə işə qəbul vədini verən dələduza hökm oxundu 

20 avqust, 09:40

SABAH.HUB tərəfindən təşkil olunan proqram üçün müraciət müddəti uzadılıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.