Bütün xəbərlər
29 aprel, 14:10

“Bir müəllimin manifesti” proqramı çərçivəsində ABŞ-yə səfər və oranın təhsil təcrübəsi ilə tanışlıq müəllimlərin həyatında və pedaqoji fəaliyyətində yeni bir mərhələ açıb.

“Azərbaycan müəllimi” həmin müəllimlərin bir neçəsinin təəssüratını öyrənib.

“Məktəbdəki dəyişikliyin əsas təşəbbüskarı rəhbərlik olmalıdır”

Ağsu şəhəri 4 nömrəli tam orta məktəbin direktoru Günay İnayətovanın ABŞ-yə səfəri onun həyatının dönüş nöqtəsi olub.

O, ADA Universitetində “Bir müəllimin manifesti” proqramına qatılmaqla biliklərini genişləndirib. Lakin bu proqramın onda yaratdığı ən böyük təəssürat səfəri ilə bağlı olub: Corc Vaşinqton Universiteti və müxtəlif məktəbləri ziyarət edib, onların təcrübəsi ilə tanış olub.
Bu səfəri sadəcə təcrübə kimi yox, həm də liderlik bacarıqlarının inkişafı kimi qiymətləndirir. O, ABŞ məktəblərində şəffaf idarəetmə, müəllim-rəhbərlik əməkdaşlığı və texnologiyanın rolu ilə tanış olub. 

Oranın təhsil sistemini müşahidə etdikcə əmin olub ki, bu bizim məktəblərdə də mümkün ola bilər, ancaq dəyişiklik mərhələli şəkildə baş verir və hər kəs bu dəyişikliyin bir hissəsi olmalıdır. Müəllimin dediyinə görə, proqrama qoşulduqdan sonra müşahidələri ilə kifayətlənməyib, inklüziv təhsilə dair layihə hazırlayıb: 

"Corc Vaşinqton Universiteti və müxtəlif orta məktəblərin dərslərində iştirak etdikdə müəllim və şagirdlər arasında formal deyil, etibara əsaslanan münasibət gördüm. Şagirdlərə fikirlərini bölüşmək, sual vermək, müzakirələrdə fəal iştirak etmək imkanı verilirdi. Dərslər planla yox, məqsədlə qurulmuşdu. Müəllimlər sinfin önündə dayanan deyil, şagirdin yanında dayanan dəstəkçi kimi çıxış edirdi.

Müşahidələrim mənə sadə bir həqiqəti xatırlatdı: təhsil insana yönələndə daha güclü işləyir”. 

Məktəb direktoru hesab edir ki, məktəbdəki dəyişikliyin əsas təşəbbüskarı onun rəhbərliyi olmalıdır. 
O bildirir ki, təhsil insan mərkəzli olduqda daha effektiv olur. Hətta düşünür ki, bir uşaqla da sinifdə dəyişiklik başlaya bilər:

"Dəyişiklik etmək uzaq bir hədəf deyil. Bəzən bu, şagirdi dinləməklə, sinifdə onun yerinin özünəməxsus olduğunu anlatmaqla başlaya bilər". 

Onun fikrincə, təhsildə yaxşı nümunələr yaratmaq üçün məsafələr qət edərək dünyanın o başına getməyə ehtiyac yoxdur. Amma bəzən xarici ölkələrin təcrübəsi ilə tanışlıq öz məktəbinə başqa bir gözdən baxmaq üçün əla fürsətdir: “Mən bu fürsəti qazandığım üçün sevinirəm. İnanıram ki, birlikdə daha güclü bir məktəb mühiti qura bilərik".

“Hədəfim şagirdlərimin dünyasını bir az da genişləndirməkdir”

İsmayıllı şəhəri 1 nömrəli məktəbin ingilis dili müəllimi Aytəkin Əhmədova bu səfəri dillər arasında körpü kimi qiymətləndirir. O, tədrisin yalnız bilik ötürmək deyil, həm də mədəniyyət aşılamaq, dünyagörüş formalaşdırmaq olduğunu vurğulayır. 

Vaşinqtonda dərslərdə iştirak edib, fərqli dərs modellərini və interaktiv yanaşmaları müşahidə edib:

"Bu təcrübə mənə göstərdi ki, öyrənməyin və öyrətməyin hədd-hüdudu yoxdur. Gələcəkdə fərqli ölkələrin, məsələn, Finlandiyanın təhsil fəlsəfəsini, Sinqapurun nizamlı sistemini, Kanadanın fərdi yanaşmasını yaxından görmək istərdim. Mənim üçün bu, sadəcə kurs və ya proqram deyil, özümü daha dərindən tanımaq, müəllimlik yolumu genişləndirmək üçün bir fürsətdir. Hədəfim öyrəndiklərimi sinfimdə tətbiq etmək, şagirdlərimin dünyasını bir az da genişləndirməkdir".

O, gənc müəllimlərə və tələbələrə tövsiyə də verib: “Özünüzə inanın, öyrənməkdən çəkinməyin, dəyişiklik yaratmaq gücünüzə inanın! Bəzən sadə bir kitab belə həyatınızı dəyişə bilər. Tələbələrə isə demək istəyirəm ki, özünüzü inkişaf etdirin. Bilin ki, bu gün atdığınız hər addım sabahkı sizi formalaşdırır. Heç vaxt düşünməyin ki, siz dəyişiklik edə bilməzsiniz. Bir insan, bir fikir bəzən böyük dəyişikliklərə səbəb ola bilər”.

Daha effektiv dərslər keçməyə başlayıb

İsmayıllı rayonunun Tircan kənd tam orta məktəbinin kimya müəllimi Zəkiyyə Allahverdiyeva ABŞ-də təhsilin praktik yönümlü və şagird mərkəzli olduğunu vurğulayır. 

Xüsusi ehtiyaclı şagirdlər üçün yaradılan şəraiti görəndə isə inklüziv təhsilə marağı daha da artıb. Kimya fənninin tədrisindəki fərqləri müşahidə edərək maraqlı nəticələr çıxarıb. ABŞ-də dərslərin praktik yönümlü olması, eksperiment və şagird maraqlarının əsas götürülməsi diqqətini çəkib. Azərbaycanda isə dərslərin daha çox nəzəri əsaslara söykəndiyini düşünür. Bu müqayisə onun tədrisinə yeni nəfəs verib: həm nəzəri, həm də praktiki yanaşmanı birləşdirərək daha effektiv dərslər keçməyə başlayıb.

Bölgələrdə çalışan müəllimlərin bu səfəri sübut edir ki, böyük dəyişikliklər ucqarlardan da başlaya bilər. Fərdi inkişaflarına önəm verən hər üç müəllim Azərbaycan təhsilini inkişaf etdirməyə və müəllim nüfuzunu daha da yüksəltməyə çalışır.

1 /4

Şərhlər

Xəbər lenti

11 iyul, 09:49

ADNSU-da bir neçə yeni ixtisas və ixtisaslaşma üzrə ilk dəfə qəbul aparılır

11 iyul, 09:48

Professor Mirzə Qurbanov vəfat edib

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.