
Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən "Elm və təhsil obyektivdə" foto-video müsabiqəsinin qeydiyyat mərhələsinin müddəti 10 iyul 2025-ci il tarixinədək uzadılır.
“Azərbaycan müəllimi” xəbər verir ki, foto və video məzmun olmaqla 2 kateqoriyada keçiriləcək müsabiqədə peşəkar və həvəskar vizual məzmun yaradıcıları, foto-müxbirlər və media nümayəndələri iştirak edə bilərlər.
Müsabiqədə iştirak etmək istəyənlər https://anket.edu.az/user/225 platforması üzərindən qeydiyyatdan keçməlidirlər. Müsabiqə ilə bağlı ətraflı məlumatla müvafiq elan vasitəsilə tanış ola bilərsiniz.
Qeyd edək ki, Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan müsabiqə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının tərəfdaşlığı, Təhsil TV və “Azərbaycan müəllimi” qəzetinin dəstəyi ilə təşkil olunur.
Müsabiqənin məqsədi elm və təhsil prosesində bütün maraqlı tərəflərin iştirakının artırılması və aktual mövzulara fərqli perspektivlərdən yanaşaraq vizual məzmunun yaradılmasıdır.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər