Bütün xəbərlər
12 sentyabr, 17:48

“2025-2026-cı tədris ili üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən peşə təhsili müəssisələrinə 27 adda 35 ixtisas üzrə 700 yerlik Qəbul Planı tərtib olunub. Qəbulun I mərhələsinin nəticələrinə nəzər salsaq görərik ki, 2372 müraciət qeydə alınıb, 498 nəfər qəbul olunub, onlardan 378 nəfər qeydiyyatdan keçib. Boş qalan plan yerlərinə qəbulun II mərhələsində isə 194 nəfər qəbul olunub. Hazırda qeydiyyat prosesi aparılır".

"Azərbaycan müəllimi" xəbər verir ki, bu barədə Naxçıvanda Təhsil işçilərinin sentyabr konfransında Peşə təhsili sektorunun müdiri Rasim Rüstəmov məlumat verib. O bildirib ki, tələbələrdən 138-i təhsilini başa vurub, 121-i müxtəlif səbəblərdən (müddətli həqiqi hərbi xidmət, orta ixtisas təhsili müəssisəsinə qəbul, dərsə davamiyyətin zəif olması, könüllü olaraq tədrisdən imtina və s.) tələbələr sırasından azad olunub, 203 tələbə isə növbəti tədris ilindən təhsilini davam etdirəcək: “Tələbələrin qadın və kişi nisbətinə nəzər salsaq, görərik ki, qəbul olunan 462 tələbədən 269-u kişi, 193-ü isə qadındır”.

O əlavə edib ki, 2024-cü ildən etibarən ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə işə qəbul prosesi ölkə üzrə mərkəzləşdirilmiş müsabiqə vasitəsilə həyata keçirilir: "2024-2025-ci tədris ili ərzində keçirilən işə qəbul imtahanlarında 1-i istehsalat təlim ustası, 3-ü direktor, 2-si gənclərin çağırışaqədərki hazırlıq rəhbəri, 10-u ümumtəhsil fənləri üzrə müddətsiz, 3-ü isə müddətli müqavilə əsasında olmaqla, ümumilikdə 19 nəfər işə qəbul olunub.

2025-2026-cı tədris ili üçün peşə təhsili müəssisələrində vakant olan ümumtəhsil fənləri üzrə müəllimlərin işə qəbulu üzrə 12 vakant yer müsabiqəyə çıxarılıb, 4 namizəd uğur qazanıb. İxtisas fənn müəllimi və istehsalat təlimi ustası vəzifələri üzrə 71 yer müsabiqəyə çıxarılıb, 3-ü ixtisas fənn müəllimi, 3-ü istehsalat təlimi ustası olmaqla, 6 namizəd uğur qazanıb".

Şərhlər

Xəbər lenti

13 oktyabr, 23:08

1300 müəllim beynəlxalq sertifikat qazanıb

13 oktyabr, 22:44

Məktəbə velosipedlə gedirlər

13 oktyabr, 17:55

Azərbaycan müəllimləri emosional bacarıqların inkişafına görə öndədirlər - HESABAT

13 oktyabr, 17:21

Azərbaycan səfirliyinin nümayəndəsi Ankarada azərbaycanlı tələbələrlə görüşəcək

13 oktyabr, 17:05

UNEC-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

13 oktyabr, 16:57

AzMİU Beynəlxalq Təhsil sərgisində təmsil olunub

13 oktyabr, 16:36

Müəllimlərin peşəkar inkişaf imkanları

13 oktyabr, 16:14

Təhsilalanların hüquqlarının müdafiəsi üzrə təlimlər başa çatıb

13 oktyabr, 15:26

Kimya və riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanları keçiriləcək

13 oktyabr, 15:12

25 illik elmi mübahisəyə eksperimental sübutla son qoyulub 

13 oktyabr, 14:55

Sertifikatlaşdırmanın müsahibə mərhələsinin nəticələri açıqlanıb

13 oktyabr, 14:54

Müəllimlərimiz hansı stres mənbələrini qeyd edirlər? - OECD

13 oktyabr, 14:10

İqtisadiyyat üzrə Nobel laureatlarının adları açıqlanıb

13 oktyabr, 13:17

MDU Dokuz Eylül Universiteti ilə ikili diplom proqramı icra edəcək

13 oktyabr, 13:09

AzMİU-da ilkin tibbi yardım üzrə təlim keçirilib

13 oktyabr, 13:03

Riyaziyyat üzrə beynəlxalq olimpiadalara seçmə imtahanının II mərhələsi keçirilib

13 oktyabr, 12:53

Vüsal Xanlarov: Müasir şagird üçün köhnə üsulla keçirilən dərs maraqsızdır

13 oktyabr, 12:44

Peşə mərkəzində yaşıl enerji ilə bağlı təlimlər keçirilib

13 oktyabr, 12:34

SAF 2025 - Beynəlxalq STEAM Azərbaycan Festivalı keçiriləcək

13 oktyabr, 12:20

Şagird və müəllimlər üçün süni intellekt agenti yaradılır – YENİLİK

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.