
2025–2026-cı tədris ilinə hazırlıq çərçivəsində peşə təmayüllü siniflərin qrup rəhbərlərinin peşəkar inkişafına dəstək məqsədilə “Komanda quruculuğu və metodiki səriştəliliyin artırılması” mövzusunda təlimlərə başlanılıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, təlimlərdə iştirakçılar yenilənmiş əsas səriştələr və ixtisas proqramları ilə tanış olaraq, edilən dəyişikliklərin məzmunu və tətbiq imkanları barədə ətraflı məlumat əldə ediblər. Sessiyalarda qrup işləri, rollu oyunlar və digər interaktiv fəaliyyətlər vasitəsilə qrup rəhbərlərinin komanda ilə işləmə, ünsiyyət və liderlik bacarıqlarının inkişafına dəstək göstərilib.
Sonda ötən tədris ilində peşə təmayüllü siniflərdə aparılan monitorinq və qiymətləndirmənin nəticələri iştirakçılara təqdim olunub. Əldə edilmiş təcrübə və mövcud vəziyyət müzakirə edilib. Bununla yanaşı, növbəti mərhələdə daha səmərəli fəaliyyətin təşkili üçün qrup rəhbərlərinə müvafiq tövsiyələr verilib.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər