Bütün xəbərlər
13 iyun, 14:48

Təhsil İnstitutunda təkmilləşdirilməkdə olan musiqi fənn kurikulumunun müzakirəsi təşkil edilib. Müzakirə Bakı şəhərinin ümumtəhsil müəssisələrinin fənn müəllimləri və işçi qrupunun üzvlərinin iştirakı ilə keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə ARTİ-nin şöbə müdiri Mənsur Məhərrəmov təkmilləşdirmə prosesi və Elm və Təhsil Nazirliyi tərəfindən təsdiqlənmiş fənn kurikulumları barədə məlumat verib, musiqi fənn kurikulumunu təkmilləşdirən işçi qrupunun üzvlərini auditoriyaya təqdim edib. Daha sonra işçi qrupunun üzvləri kurikulumun təkmilləşdirilməsilə bağlı ətraflı məlumat veriblər.

Görüşdə iştirak edən ümumtəhsil müəssisələrinin müvafiq fənn müəllimləri cari kurikulum sənədinə dair rəy və təkliflərini səsləndiriblər. Müzakirə zamanı musiqi fənn kurikulumundakı standartlardan aktuallığını itirən, kurikuluma əlavə edilməsi məqsədəuyğun hesab edilən standartlar barəsində fikirlər səsləndirilib. Şagirdlər tərəfindən mənimsənilməsində çətinlik müşahidə olunan mövzularla bağlı təkliflər verilib. 

Ümumiyyətlə, görülən işlərin əhəmiyyəti xüsusilə vurğulanıb, planlanan dəyişikliklər iştirakçılar tərəfindən müsbət qiymətləndirilib.

1 /3

Şərhlər

Xəbər lenti

13 iyun, 23:01

Xüsusi qabiliyyət imtahanlarına start verilir

13 iyun, 21:22

Sertifikatlaşdırma üzrə sınaq imtahanının sual nümunələri təqdim edilib

13 iyun, 21:18

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

13 iyun, 19:44

Səhnə balaca fidanlarındır

13 iyun, 18:19

Macarıstanda təhsil almaq hüququ qazananların siyahısı açıqlanıb

13 iyun, 17:51

Hüquqlarımızı necə dərk edirik? - Tələbə və müəllimlərin fikirləri

13 iyun, 17:30

“Son zəng” demişkən...

13 iyun, 17:10

İndi rəssamdır, gələcəkdə isə həkim olmaq istəyir

13 iyun, 17:00

Bakıda inklüziv sinif təşkil edilən məktəblərin sayı 30-a çatdırılıb

13 iyun, 16:55

Sertifikatlaşdırma daha tez-tez keçirilsin – Maksimum bal toplayanların təcrübələri

13 iyun, 16:53

“Qərbi Azərbaycana qayıdış” olimpiadasının qalibləri elan olunub

13 iyun, 16:52

Agentlik “Son zəng” tədbirləri ilə bağlı çağırış edib

13 iyun, 16:09

ATU-da İşçi qrupun növbəti iclası keçirilib

13 iyun, 15:57

51 təhsil müəssisəsində təmir və tikinti işləri aparılıb

13 iyun, 15:41

Sahil Babayev: Elm və təhsil xərclərimiz beynəlxalq normativlərə uyğundur

13 iyun, 15:26

18 000 minə yaxın şagird təmayül sinifdə təhsil alıb

13 iyun, 15:15

Musiqi və incəsənət məktəblərinə şagird qəbulu başlayır

13 iyun, 15:08

Folklor İnstitutunda Rəqəmsal folklor və netnoqrafik analiz şöbəsi yaradılıb

13 iyun, 14:56

Masallıda şagirdin yaşıdına xəsarət yetirməsi iddiası ilə bağlı AÇIQLAMA 

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.