Bütün xəbərlər
31 may, 12:42

“Çalışqan, çalışmağa həvəsi olan, öyrənməyi sevən şagirdlər mütləq seçilirlər. Bizim vəzifəmiz də sizin kimi şagirdləri fərqləndirməkdir”.

“Azərbaycan müəllimi” xəbər verir ki, bunu Təhsil İnstitutunun direktor müavini Fuad Qarayev Heydər Əliyev Fondu və Elm və Təhsil Nazirliyinin birgə əməkdaşlığı ilə keçirilən “Zəkaların mübarizəsi” olimpiadasının qaliblərinin mükafatlandırılması mərasimində çıxışı zamanı deyib.

Fuad Qarayev çıxışında tədbir iştirakçılarını salamlayaraq onları qazandıqları nailiyyətlər münasibətilə təbrik edib.

O bildirib ki, Elm və Təhsil Nazirliyi tərəfindən istedadlı şagirdlərin aşkar olunması və onlarda müxtəlif fənlərə marağın artırılması istiqamətində davamlı şəkildə tədbirlər həyata keçirilir. Respublika fənn olimpiadaları, “Sabahın alimləri” layihə müsabiqəsi, “Ən yaxşı təqdimat” müsabiqəsi, “BilBacar” və “Məktəblilərarası Milli Hakaton” kimi yarışlar bu məqsədə xidmət edən mühüm platformalardır.

Fuad Qarayev bildirib ki, belə olimpiadalarda qalib gəlmək əhəmiyyətli olsa da, bu uğurların davamlı olması və həyatın digər sahələrinə də daşınması vacibdir. O, tədbirin təşkilinə verdiyi dəstəyə görə Heydər Əliyev Fonduna təşəkkürünü ifadə edib, fondun illər ərzində ölkənin müxtəlif bölgələrində məktəb tikintisi və təhsil infrastrukturunun yaxşılaşdırılması istiqamətində gördüyü işləri yüksək qiymətləndirib.

Şərhlər

Xəbər lenti

8 iyul, 15:58

“Sualları rahatlıqla cavablandırdım” – MİQ imtahanında maksimum bal toplayan müəllim

8 iyul, 15:55

ARTİ-nin şöbə müdiri: “MİQ-in elektron keçirilməsi insan amilini minimuma endirir”

8 iyul, 14:58

“Müasir metodist” layihəsinin növbəti mərhələsi üzrə təlimlər yekunlaşıb

8 iyul, 14:58

Qabiliyyət imtahanları davam edir

8 iyul, 14:37

İngilis dili müəllimlərinin MİQ sınağı: “Bir az da çalışıb pik həddə çatacağam”

8 iyul, 14:08

Həmkarlar İttifaqının yollayışını necə almaq olar? – AÇIQLAMA

8 iyul, 13:52

Peşə mərkəzində “Azərsilah"ın əməkdaşları üçün ixtisasartırma təlimlərinə start verilib

8 iyul, 13:47

Cazla böyüyən yeniyetmə: Musiqi təhsil yolumu daha da zənginləşdirir

8 iyul, 13:33

NDU-da üç yeni informasiya sistemi yaradılıb

8 iyul, 13:31

9 və 11-ci sinfi fərqlənmə attestası ilə bitirənlərin sayı açıqlanıb

8 iyul, 13:04

O bir ildırım idi, tariximizin üfüqündə çaxdı, parladı, keçdi – “Qara qızıl”ın mahir zərgəri

8 iyul, 12:49

Bu gündən məktəbəhazırlıq qrupları üzrə məktəb seçiminə başlanılır

8 iyul, 12:46

Azad edilmiş ərazilərə qayıdan 608 nəfər peşə təlimlərinə cəlb edilib

8 iyul, 12:43

Sabahın hava proqnozu açıqlanıb

8 iyul, 12:04

MİQ-də metodika üzrə sualların çətinliyi ilə bağlı iddialara RƏSMİ MÜNASİBƏT 

8 iyul, 10:57

Vəfa Yaqublu: 70 minə yaxın müraciətin olması müəllimlik peşəsinə marağın artmasından xəbər verir

8 iyul, 10:55

Kiçik sahibkarların böyük ideyaları: Mingəçevirdə fərqli yay tətili

8 iyul, 10:05

Magistraturaya qəbul imtahanında 32 nəfər 90 baldan yuxarı toplayıb

8 iyul, 10:04

Magistraturaya qəbul imtahanlarının nəticələri ilə bağlı bəzi statistik göstəricilər açıqlanıb

8 iyul, 09:53

Elm və təhsil naziri yeni “Maarifçi”lərlə görüşüb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.