Bütün xəbərlər
9 may, 17:56

“Dalğanın gücü” komandası “FIRST LEGO LEAGUE Explore 2025” yarışının respublika turnirində həm komanda ruhu, həm də əməkdaşlıq nominasiyaları üzrə qalib olub.

“Azərbaycan müəllimi” xəbər verir ki, “STEAM Azərbaycan” layihəsinin təşkilatçılığı ilə keçirilən “FIRST LEGO LEAGUE Explore 2025” respublika turnirində ölkə üzrə 7–9 yaşlı məktəblilərdən ibarət 40-dan çox komanda iştirak edib. Gəncə məktəblilərinin təmsil olunduğu “Dalğanın gücü” komandası isə mötəbər yarışdan iki kubokla ayrılıb. Onlar “Team Spirit Award” və “Teamwork Award” nominasiyaları üzrə qaliblər sırasında yer alıblar.

Turnirin əsas məqsədi uşaqların elmə, texnologiyaya, mühəndisliyə marağını artırmaq, eləcə də onların analitik düşüncə, yaradıcılıq və əməkdaşlıq bacarıqlarını erkən yaşlardan inkişaf etdirməkdir. “Dalğanın gücü” komandası LEGO konstruksiyalarından hazırlanmış robotlarını proqramlaşdıraraq münsiflər heyətinə uğurla təqdim edib, yüksək qiymətləndirilib.

Komandanın mentoru – Gəncə şəhər 22 nömrəli tam orta məktəbin müəllimi Aynurə Orucova bu uğurun əldə olunmasında xüsusi rol oynayıb. Onun səyləri nəticəsində şagirdlər həm komanda işi, həm də texniki bacarıqlar sahəsində özlərini əminliklə nümayiş etdirə biliblər.

1 /3

Şərhlər

Xəbər lenti

16 iyul, 17:21

"Buradakı tələbələr çox şanslıdırlar" – Türkiyəli akademik

16 iyul, 16:10

Peşə məktəblərinə qəbulun vaxtı açıqlandı

16 iyul, 15:57

“WorldSkills Azerbaijan” milli bacarıq yarışının qalibləri açıqlanıb

16 iyul, 15:43

Magistratura, rezidentura və kolleclərə tələbə qəbulunun nəticələri müzakirə edilib

16 iyul, 15:28

50 il əvvələ döndülər – 1970-ci illərin tələbələri Xankəndidə

16 iyul, 15:17

BMU məzunu tam təqaüdlə Şanxay Universitetinə qəbul olub

16 iyul, 14:11

3 yaşında piano istədi, 11 yaşında səhnəni fəth etdi – Aylinin uğur hekayəsi

16 iyul, 13:34

Zədələndi, xallarını azaltdı, amma Avropa çempionu oldu

16 iyul, 13:23

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

16 iyul, 12:52

Magistraturaya qəbul imtahanında esse ilə bağlı minimal tələb qoyula bilər

16 iyul, 12:30

Məleykə Abbaszadə: Sistem işləmirsə, subbakalavrın qəbul qaydalarına yenidən baxılmalıdır 

16 iyul, 12:16

Abituriyentlərin ixtisas seçimi ilə bağlı maraqları dəyişməz qalır - DİM sədri

16 iyul, 12:09

Tərbiyəçi-müəllim olmaq istəyənlərin nəzərinə: Vakansiya elan edilib

16 iyul, 12:06

Məleykə Abbaszadə: Plan yerlərinin 90 faizindən çoxunun dolacağı gözlənilir

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.