Bütün xəbərlər
2 may, 14:56

Azərbaycan Texnologiya Universitetində (AzTU) buraxılış kurs tələbələri üçün “Karyera festivalı” təşkil olunacaq. 

AzTU-dan “Azərbaycan müəllimi”nə verilən məlumata görə, mayın 13-14-də baş tutacaq festivalın ilk günündə əmək yarmarkası və karyera təlimləri, növbəti gündə isə “Karyera forumu” keçiriləcək. Əmək yarmarkasında müxtəlif dövlət və özəl müəssisələrin nümayəndələrinin iştirakı gözlənilir. Tələbələr bu müəssisələrin nümayəndələri ilə birbaşa ünsiyyət quraraq işə qəbul imkanları, vakant yerlər və əmək bazarının tələbləri barədə ətraflı məlumat əldə edəcəklər.

Karyera təlimləri zamanı iştirakçılara CV hazırlama qaydaları, müsahibə bacarıqları, işə qəbul prosesində uğur qazanma yolları kimi mövzularda praktiki bilgilər veriləcək. Forumda isə əmək bazarının aktual məsələləri, gənclərin məşğulluğu və karyera planlaması ilə bağlı müzakirələr aparılacaq.

Tədbirin əsas məqsədi tələbələrin əmək bazarına inteqrasiyasına dəstək olmaq, onların potensial işəgötürənlərlə əlaqələrini gücləndirmək və karyera inkişafına yönəlmiş bacarıqlarını artırmaqdır. Onu da əlavə edək ki, əvvəlki illərdən fərqli olaraq, builki festival son buraxılış kurs tələbələri üçün nəzərdə tutulub.

“Karyera festivalı” Azərbaycan Texnologiya Universitetinin əsas binasında təşkil olunacaq.

1 /1

Şərhlər

Xəbər lenti

9 iyul, 17:18

"Öz üzərində işləyən müəllim uğura çatır" – MİQ iştirakçılarının təəssüratları

9 iyul, 17:15

Coğrafiya fənni üzrə respublika birincisi oldu – 93.75 balla zirvədə

9 iyul, 17:09

Tələbələrin köçürülməsi prosesinə start verilir

9 iyul, 16:55

Gəncədə tarixlə diplomatiyanın görüşü

9 iyul, 16:38

“Qənnadıçı, şirniyyatçı” peşə ixtisası üzrə bacarıqlar qiymətləndirilib

9 iyul, 16:37

ADPU ilə Türkiyənin Çağ Universiteti əməkdaşlığa başlayıb

9 iyul, 16:14

MİQ-də ictimai nəzarət: İctimaiyyət nümayəndələri imtahan prosesini izləyiblər

9 iyul, 15:53

İzmirdə ADAU-EGE ikili diplom proqramının rəhbər komitəsinin növbəti görüşü keçirilib

9 iyul, 15:40

Zenfira Sevdimalı: MİQ-də şəffaflığın təmin edilməsi bizim üçün prioritetdir

9 iyul, 15:17

MİQ imtahanı ilə bağlı infotur təşkil olunub

9 iyul, 15:05

Ad günündə xəyalını gerçək etdi, MİQ-lə arzusuna çatdı

9 iyul, 13:30

Telefonu deyil, kitabı seçdilər – Yay tətilində belə dincəlirlər – SORĞU 

9 iyul, 13:17

Beşinci “Yüksəliş” müsabiqəsinin finalçıları müəyyənləşdi

9 iyul, 12:49

Paytaxt məktəblərinin I sinfinə qəbul üçün 37 mindən çox sorğu yerləşdirilib

9 iyul, 12:38

İngilis dili, alman dili, riyaziyyat və kimya fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

9 iyul, 11:29

Sertifikatlaşdırma imtahanlarında müəllimlərin şəxsiyyəti “SİMA” ilə təsdiq edilib

9 iyul, 11:25

“MİQ həm də inkişafa yol açan platformadır” – İmtahanda uğur qazanan kənd müəllimi 

9 iyul, 11:22

"Peşə təhsili və insan kapitalı” jurnalının oxucularla növbəti görüşü

9 iyul, 10:05

UNEC xaric etdiyi tələbələri geri çağırır

9 iyul, 09:54

Yeni təhsil modeli əsasında fəaliyyətə başlayacaq məktəbə müəllim axtarılır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.