Bütün xəbərlər
10 dekabr, 13:32

Ölkəmizdə “İcma əsaslı məktəbəqədər təhsil” layihəsi 2017-ci ildə Avropa İttifaqının Azərbaycan Nümayəndəliyi və “UNİCEF Azərbaycan”nın maliyyə dəstəyi ilə həyata keçirilir.

Son illərdə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə Heydər Əliyev Fondunun maliyyə dəstəyi sayəsində layihənin əhatə dairəsi genişləndirilib. Hazırda ölkəmizdə bağçayaşlı uşaqların məktəbəqədər təhsilə cəlb olunma göstəricisi 35% təşkil edir. “Azərbaycan Respublikasının 2022-2026-ci illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda məktəbəqədər təhsilə cəlb edilmiş 1-5 yaşlıların payının 50%-ə çatdırılması planlaşdırılır.

2017-ci ildə yaradılan layihənin məqsədi qruplarda 3-5 yaşlı uşaqların araşdırma qabiliyyətini gücləndirmək, özünə inam hissi yaratmaq, həmyaşıdları ilə oynamaq və ünsiyyət üçün əlverişli mühit qurmaqdır. Bu da uşaqlara sərbəst şəkildə tapşırıqları yerinə yetirmə və qərar verə bilmə kimi vərdişlər yaradır.

Layihə ilə bağlı “Azərbaycan müəllimi”nə danışan İctimai Şuranın üzvü Rasif Dünyamalıyev bildirib ki, valideynlərin əksəriyyəti icma əsaslı layihədən xəbərdar deyillər və bu sahədə maarifləndirmənin artırılmasına böyük ehtiyac var:

"İl ərzində televiziyanın monitorinqini götürsək, məktəbəqədər təhsillə bağlı pozitiv yöndə müzakirələr azdır. Müzakirə daha çox neqativə köklənib. Bu neqativlərin olması valideynləri narahat edir, nəticədə uşaqların məktəbəqədər təhsildən yayınmasına səbəb olur. Bu proses icbari olmadığından məsələ valideynlərin seçiminə qalıb. Burada da neqativ hallar olduqda həssas yanaşma olur, insanlar bu prosesə qoşulmaq istəmirlər. Belə ki, məktəbəqədərdən danışılmadığı üçün icmadan da danışılmır. Belə olanda bu öhdəlik icma əsaslı məktəbəqədər müəllimlərin üzərinə düşür. Həmin müəllimlər bu prosesi nə qədər geniş kütlə arasında yaysa, insanlara çatdırsa, aktivlik olacaq. Bu səbəbdən maarifləndirmə prosesini daha da artırmalıyıq”.

O bildirib ki, hazırkı statistikaya əsasən müxtəlif icmalarda təşkil olunan məktəbəqədər təlim qruplarına 16 mindən çox uşaq cəlb olunub: “İcma əsaslı məktəbəqədər təlim qrupları özlüyündə çox yaxşı bir modeldir. Bu model tələb edir ki, icma prosesə qoşulsun. Xüsusilə valideynlər, həmin kəndin, qəsəbənin bələdiyyələri uşaqların təlim prosesini təşkil edə, bu prosesə qoşula bilər. Bu, 3 saatlıq təlim prosesidir. Bunu gələcəkdə icma öz üzərinə götürsə, daha məqsədəuyğun olar. İcma bu prosesi mənimsəsə davamlılıq, dayanıqlığın gücü çox olacaq. Nəticədə icma daha geniş yayıla biləcək. Gələcəkdə icmaların bu işi öz üzərinə götürəcəyini düşünürəm”.

Bu il icma əsaslı məktəbəqədər təhsilin inkişafı ilə bağlı 2 qrant müsabiqə elan edildiyini və yaxşı nəticələr əldə olunduğunu söyləyən R.Dünyamalıyev məktəbəqədər, ibtidai sinif müəllimlərinin də buna xüsusi təşəbbüs göstərdiyini, nəticədə icmanın əhatə dairəsinin genişləndiyini, insanlarda buna marağın formalaşdığını qeyd edib:

“Bununla bağlı maarifləndirməni də çoxaltmaq lazımdır. Regionlarda məlumdur ki, qadınların əksəriyyəti işləmir. Belə ki, onlar bu layihədən daha çox faydalana bilərlər. Onlar gün ərzində vaxtlarından 2 saat ayırmaqla, uşaqlarında ciddi dəyişikliklər hiss edə, uşaqlarını məktəbəqədər təlimlərə cəlb edə bilərlər. Düşünürəm ki, məktəbəqədər təhsillə bağlı daha çox müzakirələr aparılmalıdır”. 

R.Dünyamalıyev əlavə olaraq, tərbiyəçi-valideyn münasibətlərini tənzimləyən əlaqələndirici şəxslərin də prosesə cəlb olunmasının vacib amillərdən olduğunu, bunun əməkdaşlığı daha da gücləndirəcəyini vurğulayıb. 

Qeyd edək ki, icma əsaslı məktəbəqədər təhsil layihəsinə 890 mərkəz əlavə edilərək əhatə dairəsi genişləndirilib. Hazırda layihəyə cəlb edilən tərbiyəçi-müəllimlərin sayı 1088-dir. Layihəyə qoşulan ümumi uşaq sayının 20.000 nəfər olması proqnozlaşdırılır.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 11:35

491 xarici kvalifikasiyanın tanınması barədə mənfi rəy verilib

16 sentyabr, 11:34

İlin ikinci Günəş tutulması baş verəcək

16 sentyabr, 11:29

Məktəblərdə ağıllı telefonlardan istifadə qadağan olunur

16 sentyabr, 11:19

Təhsil xərclərinə ayrılan vəsait artırılıb

16 sentyabr, 11:00

“Aşağı siniflərdəki tarix dərsliklərinin dilini əsaslı şəkildə sadələşdirməliyik” – Vəfa Yaqublu

16 sentyabr, 11:00

Qələbəni şəhid və qazilərimizə həsr etdik - Baş məşqçi

16 sentyabr, 10:36

Müəllimlər vahid geyimdə dərsə başladılar

16 sentyabr, 10:25

Vəfa Yaqublu: “Artıq şagirdin gündəliyinə də ehtiyac qalmayacaq” 

16 sentyabr, 10:24

AzMİU və Atatürk Universitetinin birgə təşəbbüsü ilə qlobal dialoq qurulub

16 sentyabr, 10:18

Zərdabda müəllimin məktəbə yola düşən 6 övladı – FOTO

16 sentyabr, 10:07

Rektor: Bu il universitetdə əcnəbi tələbə qəbulunun coğrafiyası genişlənib

16 sentyabr, 09:56

Minimal bal toplaya bilməyən məzunun diplomuna görə universitet məsuliyyət daşıyır – Nazir

16 sentyabr, 09:55

MÜTDA: İş dəftərlərinin alınması heç bir halda məcburi xarakter daşımamalıdır

16 sentyabr, 09:51

Peşə təhsilində təhsilalanların köçürülməsi başlayıb

16 sentyabr, 09:50

Nazir: Böyük Qayıdış çərçivəsində fəaliyyət göstərən məktəblərdə hazırda müəllim çatışmazlığı yoxdur

16 sentyabr, 09:42

Emin Əmrullayev: Şagird sıxlığını azaltmaq üçün yeni məktəblər açılır, resursların istifadəsi optimallaşdırılır

16 sentyabr, 09:37

"Azad edilmiş ərazilərdə məktəblərin bərpası və köçkün məktəblərinin inteqrasiyası planlı şəkildə aparılır" - Nazir

16 sentyabr, 09:30

Nazir: Qarabağ Universiteti Xankəndidə elmi-tədqiqat və tələbə potensialını gücləndirir

16 sentyabr, 09:29

Müəllimlərin maaşlarına əlavələr edilməyə başlanılıb

16 sentyabr, 09:23

Direktorların işə qəbulu qaydalarının detalları AÇIQLANIB

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.