Bütün xəbərlər
2 may, 14:34

İsmayıllı şəhəri 3 nömrəli tam orta məktəbin Vl sinif şagirdi Nərgiz Fərzəliyeva yeniyetmə olmasına baxmayaraq, çoxsaylı uğurlarına görə diqqət mərkəzində qalmağı bacarıb. O, cüdo ilə 7 yaşından məşğuldur. İndiyədək Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin təşkil etdiyi bir çox idman yarışlarında yüksək nəticələr göstərən Nərgiz bu yaxınlarda daha bir uğura imza atıb.

O, 449-u oğlan, 96-sı qız olmaqla, 545 cüdoçunun mübarizə apardığı U-14 yeniyetmələr arasında Liqa yarışında 36 kq çəki dərəcəsində qızıl medal qazanıb.

Nərgizin sözlərinə görə, cüdoya marağı təsadüfi yaranmayıb. Uşaqlıqdan bu idman növünə həvəsi olan məktəbli qız cüdoda ilk addımlarını müəllimlərinin dəstəyi ilə atıb və elə o vaxtdan bu sahədə daha irəli getməyə qərar verib. İdman sahəsində ilk motivasiyasını müəllimlərindən alsa da, valideynlərinin də dəstəyini hər zaman hiss edib: 

“Uşaqlıqdan cüdoya maraq göstərirdim. U-14 liqa yarışına isə Əkbər və Fərid müəllimin rəhbərliyi ilə hazırlaşdım. Qalib olacağıma inanırdım, çünki qarşıma məqsəd qoymuşdum və müəllimlərimin əziyyətini itirmək istəmirdim”.

Əzmkarlığı və səyləri nəticəsində U-14 liqa yarışının qızıl medalçısı olan Nərgiz bu uğuruna görə çox sevinib. O, məşqlərini hər həftə planlı şəkildə davam etdirir. Səhər idmana, günorta məktəbə gedən cüdocu qız zamanını səmərəli şəkildə bölüşdürməyi bacarır.

O, gələcəkdə Avropa və dünya çempionu olmaq arzusundadır. Bu yolda isə ən böyük silahının əzmkarlıq və nizam olduğunu düşünür.

“Cüdo məndə daha çox əzmkarlıq formalaşdırıb. Məktəbli dostlara isə demək istəyirəm ki, idmanla məşğul olmaq istəyirlərsə, səbirli olsunlar və əzmkarlıq göstərsinlər. Uğur zəhmətlə gəlir”.

Nərgiz Fərzəliyeva kimi yeniyetmələrin hekayəsi təkcə bir uğurun deyil, həm də məqsəd və əzmin simvoludur. Onun kimi uğurlu məktəblilərin sayəsində Azərbaycan idmanının gələcəyi daha parlaq görünür.

Şərhlər

Xəbər lenti

16 sentyabr, 16:55

Naxçıvanda 562 tələbə peşə təhsili müəssisələrinə qəbul olub

16 sentyabr, 16:40

Yüksək ballı tələbələr müəllimliyi seçdilər

16 sentyabr, 15:28

Regional Təhsil İdarəsindən Cəlilabad məktəbindəki insident ilə bağlı AÇIQLAMA

16 sentyabr, 14:58

Sertifikatlaşdırmanın müsahibə mərhələsinə start verilib

16 sentyabr, 14:57

Naxçıvan Müəllimlər İnstitutunun 25 illiyinə həsr olunmuş konfrans keçiriləcək 

16 sentyabr, 14:52

Lənkəran-Astara üzrə 8910 nəfər I siniflərdə dərslərə başlayıb

16 sentyabr, 14:44

MDU-da “İnnovativ Tədris və İnkişaf” layihəsi çərçivəsində dərslərə başlanılıb

16 sentyabr, 14:42

Qazax-Tovuz regionunda 80 təhsil müəssisəsində infrastruktur yenilənib

16 sentyabr, 14:37

Naxçıvanlı karateçilər ölkə çempionatında 1 qızıl, 3 gümüş medal qazanıblar

16 sentyabr, 14:37

ICESCO-nun Baş direktoru Şuşa 1 nömrəli məktəb və Qarabağ Universitetində olub

16 sentyabr, 14:26

“Parla” təqaüd və inkişaf proqramına qəbul üçün qeydiyyat başladı

16 sentyabr, 14:15

Birləşmiş Dünya Məktəbinin ilk azərbaycanlı tələbəsi

16 sentyabr, 13:13

Universitetlərdə aparılan akkreditasiya zamanı hansı nöqsanlar aşkarlanıb?

16 sentyabr, 12:35

Bəzi xarici universitetlər siyahıya düşməmək üçün TKTA-ya müraciət edirlər

16 sentyabr, 12:31

Sədr saxta diplom məsələsinə aydınlıq gətirib

16 sentyabr, 12:28

Qeyri-formal və informal təhsilin tanınması üzrə agentliyə 226 müraciət daxil olub

16 sentyabr, 12:26

Təhsildə inkişaf və innovasiyalar üzrə IX qrant müsabiqəsinin nəticələri açıqlanıb

16 sentyabr, 12:17

“Mühəndislik” ixtisası üzrə xaricdə təhsil alanların peşə imtahanında müvəffəqiyyət göstəriciləri 21 faizdir

16 sentyabr, 12:04

“Hüquqşünaslıq” üzrə imtahanda iştirak edənlərin yalnız 22%-i şəhadətnamə alıb

16 sentyabr, 11:49

6 ali təhsil müəssisəsində institusional akkreditasiya həyata keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.