Bütün xəbərlər
25 avqust, 15:21

Respublika fənn olimpiadalarında medallar qazanaraq qalib olan bu gənclər Qarabağ Universitetini seçiblər. Onlarla görüşümüz maraqlı notlar üzərində kökləndi. Bu gənclərlə yaxından tanış olaq. İlk müsahibim Pəri Bağırovadır. 

Pəri xanım söyləyir ki,  Qarabağı filmlərdə görsə, onun haqqında kitablarda oxusa da, buranı çox sevib. Ötən il burada universitet açılanda qəti qərarını verib ki, orta məktəbi bitirən kimi yüksək balla bu universitetə daxil olsun. 

Niyyəti hara, mənzili də ora imiş. O, bu universitetə müsabiqədənkənar qəbul olub:

“Hələ də inana bilmirəm ki, mən artıq bu universitetin tələbəsiyəm. Çox sevinirəm, həm də çox... Lap uşaqlıqdan müəllim olmaq arzusunda olmuşam. Bu təhsil ocağında “Azərbaycan dili və ədəbiyyat müəllimliyi” ixtisasını da özüm seçmişəm”.

Pəri Salyan rayonunun A.Nağıyev adına Dayıkənd kənd tam orta məktəbini bitirib: “Gələcəkdə daha çox uğurlar qazanaraq dünyada tanınmaq istəyirəm”.
Pəri əlavə edir ki, müəllimlik peşəsi onun üçün uca zirvədir: “Müəllim gənclərin formalaşmasında böyük rol oynayır. RFO-da qalib olmağım da bu peşəni seçməyimə təkan oldu. Yol uzaqlığı olsa da, Qarabağa qəlbən bağlılığım məsafələrə əngəl deyil. Valideynlərim də bu istəyimə qarşı çıxmadılar, yanımda oldular. Sevinirəm ki, arzuma çatmışam”.

İndi görək, uğuru ilə valideynlərini sevindirən Uğur Kərimli nə deyir?

“Olimpiadada medal qazananda sevincimin həddi-hüdudu olmadı. Gələcəkdə tariximizi araşdırmaq üçün “Tarix müəllimliyi” ixtisasını seçdim. Tarix mənim üçün bir hobbidir, boş vaxtlarımda belə tarixi təkrar-təkrar oxuyuram. Əslən Qərbi Azərbaycandan olduğumdan uşaqlıqdan Göycənin, Zəngəzurun həsrəti ilə yaşamışam. Bu torpaqlara gedən yol Qarabağdan keçdiyindən Qarabağa sevgim sonsuzdur. Qarbağ Universitetində oxumaq uşaqlıq arzum olduğundan xəyallarım gerçək olub. Elə bilirəm ki, dədə-baba torpaqlarıma bir addım yaxınlaşmışam”.

Xədicə Dünyamalıyeva Neftçala rayonunun Aşağı Surra kəndində anadan olub. Həmin kənddə Z.Əsgərov adına tam orta ümumtəhsil məktəbində təhsil alıb. O, təhsil illərində fənn olimpiadalarında inşa müsabiqələrində müxtəlif yarışlarda iştirak edib.  

İxtisas seçimini də özü edib. Tarixlə bağlı bilgilərini dərinləşdirərək gələcəkdə daha böyük uğurlar qazanacağına inanır.

Xədicə Qarabağ Universitetinin gələcəkdə dünyanın ən nüfuzlu elm və təhsil müəssisələrindən birinə çevriləcəyinə düşündüyünü, Qarabağın onun üçün təkcə coğrafi məkan deyil, tarixi və mənəvi dəyər olduğunu, ikinci şans verilsəydi, yenə də Qarabağ Universitetini seçəcəyini söyləyir.

Vaqif Rzayev də Neftçala rayonunun Aşağı Surra kəndində doğulub. O da Z.Əsgərov adına Aşağı Surra kənd tam orta məktəbini bitirib. 

Vaqif Rzayev bu universitetin dünyanın diqqət mərkəzində olduğunu bildirir. Belə bir universitetdə oxumağı qürur hesab edir. Universiteti bitirdikdən sonra pedaqoq kimi fəaliyyət göstərəcəyini söyləyir.

Şərhlər

Xəbər lenti

26 avqust, 17:13

Taleh Şahsuvarlı: Ali məktəblərimiz Şərqi Avropanın bir çox universitetindən daha yaxşı təhsil verir

26 avqust, 17:08

"Planım şəxsi hüquq büromu qurmaqdır” – Sosial şəbəkədə məşhurlaşan gənc

26 avqust, 16:28

Günün mübarək, doğma Laçın!

26 avqust, 16:08

4 universitetə qəbul oldu, amma… 

26 avqust, 15:40

Fərid Pərdəşünas: Qəbul olmayanlara reallıqdan uzaq təsəllilər verilir

26 avqust, 15:22

Professor Zahid Məmmədov beynəlxalq yubiley medalı ilə təltif olundu

26 avqust, 15:11

Lisey və gimnaziyalara II mərhələ seçimlərinə start verilib

26 avqust, 14:25

Gədəbəydən olan qardaşlar eyni universitet və ixtisasa daxil oldular 

26 avqust, 14:16

“Təhsilin yaşı yoxdur, istəyim oxumaq və savadımı artırmaqdır” – 55 yaşlı tələbə

26 avqust, 12:49

Müəllim təbiətə bağlıdırsa…

26 avqust, 12:45

Ötən tədris ilində Azərbaycana 7 mindən çox əcnəbi tələbə gəlib

26 avqust, 12:44

Müəllim sinifdə müəllim olar

26 avqust, 12:43

Xarici ölkə prokurorluqlarının nümayəndələri Qarabağ Universitetində olublar

26 avqust, 12:38

Azərbaycan alimləri dünyada ilk dəfə fitoplazmalar arasında rekombinasiyanı aşkar ediblər

26 avqust, 12:22

Mingəçevir məktəbinin bir sinfinin bütün şagirdləri tələbə oldu

26 avqust, 12:15

Milli Müdafiə Universiteti tələbə qəbulu elan edir

26 avqust, 12:02

Azərbaycanda “robot tyutor” hazırlanır

26 avqust, 12:00

Bu ölkələrin vətəndaşları Azərbaycan kolleclərində təhsil alırlar

26 avqust, 11:57

Əkizlərin uğuru: Bacı-qardaş eyni vaxtda tələbə oldu

26 avqust, 11:49

Peşə məktəblərində müəllimlərin sayı artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.