Bütün xəbərlər
1 iyul, 09:40

Sertifikatlaşdırma prosesi sadəcə bir qiymətləndirmə mexanizmi deyil, eyni zamanda, müəllimlərin peşəyə olan münasibətini, məsuliyyətini və inkişaf arzularını göstərən güzgüdür.

Onların uğurları, əslində, təhsilin səssiz qəhrəmanlarının səsi, zəhmət və sədaqətlə hörülmüş pedaqoji həyat yollarının işıqlı örnəyidir.

“Azərbaycan müəllimi” Dağlıq Şirvan regionunun sertifikatlaşdırma imtahanında yüksək nəticələri ilə fərqlənən bir neçə müəllimi oxuculara təqdim edir. Onların hekayələri müəllimlik peşəsinin şərəfini, zəhmətini və məsuliyyətini dərindən əks etdirir.

Sualları niyə asan cavablandıra bilib? 

Qobustan şəhəri 1 nömrəli tam orta məktəbin fizika müəllimi Həmidə Zalıyeva sertifikatlaşdırmada 59 bal toplayaraq imtahanı təkcə qiymətləndirmə mərhələsi kimi deyil, illərin zəhmətini nümayiş etdirmək fürsəti olaraq dəyərləndirib.  

Onun sözlərinə görə, illərin təcrübəsi ona sualları daha tez və rahat cavablandırmasına səbəb olub. Testlər üzərində mütəmadi çalışma və biliklərini dərinləşdirmə onun imtahan nəticəsinə əhəmiyyətli təsir göstərib. O, yüksək nəticə əldə etməkdən ötəri imtahana yaxın hazırlıq müddətini artırıb və hər gün 4 saat sırf biliklərinin artırılması ilə məşğul olub. 

 “Sertifikatlaşdırma təkmilləşmə üçün əla fürsətdir” 

Şamaxı şəhəri 3 nömrəli tam orta məktəbin fizika müəllimi Elnur Şahzadəyev 58 bal toplayaraq uğur qazanan müəllimlər arasında yer alıb. O, sertifikatlaşdırmaya qiymətləndirmə yox, inkişaf vasitəsi kimi baxır: “Sertifikatlaşdırma təkcə bilik yoxlaması deyil, müəllimin özünüqiymətləndirməsi və təkmilləşməsi üçün əla fürsətdir”. 

Elnur müəllimin qənaətinə görə, fizika fənni yalnız nəzəriyyə deyil, təbiət hadisələrinin izahı və texnologiyanın əsaslarını anlamaq üçün bir açardır. O, dərslərində fəal və tətbiqə əsaslanan metodlardan istifadə etməklə şagirdləri düşünməyə təşviq edir.

İmtahan təcrübəsindən danışan Elnur müəllim həm də növbəti mərhələdə imtahan verəcək müəllimlərə tövsiyələr verir: “Proqramı sistemli öyrənin, test yazarkən vaxta nəzarət edin, həmçinin rahat və özünəinamlı olun!”.

“Suallar balanslı idi”

Sertifikatlaşdırma imtahanında 57 bal toplayan Şəhanə Həsənova müəllimlik yoluna uşaqlıqdan formalaşdırdığı idealından – öz atası və müəllimi olan Şahin Soltanovdan ilhamlanaraq çıxıb. 2021-ci ildə peşəkar fəaliyyətə başlayan Ş.Həsənova hazırda Qobustan rayonunun Şıxzərli kənd ümumi orta məktəbində informatika fənnini tədris edir.

Şəhanə müəllim üçün əsas məqsəd şagirdlərdə informasiya-kommunikasiya texnologiyalarına maraq yaratmaq və onları müasir dövrün tələblərinə uyğun formalaşdırmaqdır: “Bu gün şagirdlərin İKT sahəsindəki biliklərini artırmaq və onları müasir dövrə hazırlamaq ən önəmli vəzifələrimizdən biridir”.

İmtahanla bağlı fikirlərini bölüşərkən sualların balanslı olduğunu bildirir.

Həm qardaşı, həm də həmkarı – Hər ikisindən yüksək nəticə 

Qobustan rayonunun Ərəbşalbaş kənd tam orta məktəbində çalışan Rahil Ağarəhimov sertifikatlaşdırma imtahanında 57 bal toplayıb. Riyaziyyat və informatika fənninin tədrisində praktik və layihə əsaslı metodlara üstünlük verən Rahil müəllim dərslərini rəqəmsal platformalar üzərində keçir və bu, şagirdlər üçün həm öyrədici, həm də maraqlı bir mühit yaradır. Hər dərs bir layihə, bir problem və ya real həyatdan götürülmüş bir sual ətrafında formalaşır. Fənlərin gündəlik həyata tətbiqini göstərmək, şagirdlərində texnologiya və riyazi düşüncəyə maraq oyatmaq Rahil müəllimin əsas tədris hədəflərindəndir.

Ən diqqətçəkən məqamlardan biri də budur ki, Rahil müəllimlə yanaşı, onun qardaşı – fizika müəllimi İlkin Ağarəhimov da sertifikatlaşdırma imtahanında 52 bal toplayıb. Qardaşı ilə eyni məktəbdə çalışan İlkin müəllimin uğuru bir ailənin təhsilə olan bağlılığının bariz nümunəsidir.

Bakıdan İsmayıllıya 

İsmayıllı rayonu 4 nömrəli tam orta məktəbin fizika müəllimi Ülviyyə Həmidova da imtahanda 57 bal toplayaraq uğur qazanan müəllimlər sırasındadır. Lakin onun hekayəsi təkcə bu nəticə ilə ölçülmür. O, dərs keçmək üçün hər səhər Bakıdan İsmayıllıya gəlir. 

Müəllimlik fəaliyyətinə 2016-cı ildə Ağsunun Gürsulu kənd məktəbində başlayan Ülviyyə müəllim 2021-ci ildən İsmayıllıda dərs keçir. 

Sertifikatlaşdırma imtahanını “çətin deyildi” kimi dəyərləndirən Ülviyyə müəllimin fikrincə, sinfə hər gün sevgi, həvəs və məsuliyyətlə daxil olmaq bu uğurun əsas açarıdır. 

O, fizikanı yalnız nəzəriyyə kimi deyil, həyatla bağlı olan bir elm kimi təqdim etməyə çalışır. İki ildir ki, məktəbdə yeni açılmış fizika laboratoriyasını dərs prosesində fəal şəkildə istifadə edir və təcrübələr vasitəsilə şagirdlərə elmi daha anlaşılan və maraqlı formada çatdırır: “Fizikanın şagirdə maraqlı gəlməsi üçün onu həyatla əlaqələndirməliyik. Bunu nə qədər çox edə bilsək, nəticə də bir o qədər yüksək olar”.

Müəllimlərin sertifikasiya təcrübələri bir daha göstərir ki, uğur təsadüfi deyil, onun arxasında plan, zəhmət və daimi özünüinkişaf dayanır.

Onlar müxtəlif bölgələrdə, fərqli fənlər üzrə çalışsalar da, peşəsinə sevgi, şagirdə qarşı məsuliyyət baxımdan bir-birlərinə bənzəyirlər.

Bu müəllimlərin uğur hekayələri təkcə şəxsi nailiyyət deyil, həm də təhsildəki inkişafın nümunələridir.

Şərhlər

Xəbər lenti

30 iyul, 14:12

Bərpa olunan enerji üzrə yeni emalatxanalar istifadəyə verilib

30 iyul, 13:07

Peşə Təmayüllü Siniflər üçün proqramların yenilənməsi üzrə “dəyirmi masa” keçirilib

30 iyul, 12:43

Naxçıvanda təhsildən yayınan 33 uşağın dərsə davamiyyəti bərpa edilib

30 iyul, 12:23

Sabahın hava proqnozu açıqlanıb

30 iyul, 12:09

BANM-də Karyera və Məzunlar Mərkəzinin açılışı olub

30 iyul, 11:53

İdman üzrə qabiliyyət imtahanlarında iştirak etmək istəyənlərin NƏZƏRİNƏ!

30 iyul, 11:46

BMU-İNHA ikili diplom proqramına sənəd qəbulunun vaxtı açıqlanıb

30 iyul, 11:36

Ötən ay xaricdə təhsil alan 567 nəfərin diplomu tanınıb

30 iyul, 11:24

Cavid Abdullayev: Bərpa olunan enerji üzrə kadrlara ciddi ehtiyac yaranacaq

30 iyul, 11:17

Bu il UFAZ-a rekord sayda abituriyent müraciət edib

30 iyul, 11:10

Sabahdan kolleclərə ixtisas seçimi başlayır

30 iyul, 11:04

Bəxtiyar Aslanbəyli: Sosial layihələrimizin əhəmiyyətli hissəsi təhsillə bağlıdır

30 iyul, 11:00

Bakıda ali məktəblərin sərgisi keçirilir

30 iyul, 10:48

Emin Əmrullayev: Peşə təhsilindəki gözləntilərlə mövcud reallıq arasında fərq var

30 iyul, 10:38

Nazir: Şuşadakı Peşə Mərkəzinin Qarabağ Universiteti nəzdində istifadəyə verilməsi planlaşdırılır

30 iyul, 10:33

Vəfadar Misirov: İmtahanlardakı qayda pozuntuları ilə bağlı bəzi şəxslər istintaqa cəlb olunub

30 iyul, 10:29

DİM builki keçid balları ilə bağlı açıqlama verdi

30 iyul, 10:20

Magistraturanın boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı açıqlandı

30 iyul, 10:16

Ali məktəblərə ixtisas seçimi avqustun ortalarında aparılacaq – DİM 

30 iyul, 09:54

Universitetə qəbul olmaq istəyən abituriyentlərin sayı plan yerlərindən iki dəfə çoxdur

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.