Bütün xəbərlər
25 iyun, 10:42

Məlum olduğu kimi, ötən gün kimya və biologiya müəllimləri üçün sertifikatlaşdırmanın test imtahanı mərhələsi keçirilib. İmtahanda yüksək nəticə göstərənlər arasında müxtəlif regionlarda çalışan müəllimlər var. 

“Azərbaycan müəllimi” Bakı, Sumqayıt və Abşeron məktəblərində işləyən və sertifikatlaşdırmada yüksək bal toplamış bir neçə müəllimlə həmsöhbət olub, onların təəssüratlarını öyrənib.

“Uğur qazanmaq istəyən müəllimlərə demək istərdim ki, sualları diqqətli oxumaq, fənnini yaxşı bilmək lazımdır”

Qərənfil Quliyeva Şüvəlan qəsəbəsindəki Fuad Fərhadoğlu adına 230 nömrəli tam orta məktəbdə biologiya müəllimi işləyir və sertifikatlaşdırma imtahanında 59 bal toplayıb. MİQ imtahanında 4 il əvvəl iştirak edərək 49 balla işə qəbul edilib. Qeyd edir ki, ixtisası üzrə özü hazırlaşıb, kurikulum üzrə biliklərini artırmaq üçün isə təlimlərdə iştirak edib. 

“Suallar arasında həm asan, həm də nisbətən çətinləri var idi. Çox sevinirəm ki, 59-na düz cavab verdim və yüksək nəticə göstərdim. Dərslikdən əlavə heç bir sual düşməmişdi. Uğur qazanmaq istəyən müəllimlərə demək istərdim ki, sualları diqqətli oxumaq, fənnini yaxşı bilmək lazımdır”. 

“İxtisasını bilən müəllim üçün imtahan çox normal idi” 

Elnarə Verdiyeva 22 ildir ki, Abşeron rayonu Əfqan Qadaşov adına Pirəkəşkül qəsəbə tam orta məktəbində biologiya müəllimi olaraq çalışır və sertifikatlaşdırmada 58 bal toplayıb. 2022-ci ildə MİQ imtahanında iştirak edərək 86,125 bal toplayıb. Uğurlu müəllim qeyd edir ki, 22 illik təcrübəsi olduğu üçün çətinlik çəkməyib: “İxtisasını bilən müəllim üçün imtahan çox normal idi. Kurikuluma aid bir suala səhv cavab verdim. İxtisas üzrə isə mexaniki səhv olub, düz hesab etdiyim cavabın yerinə səhvi qeyd etmişəm. Tövsiyə edərdim ki, müəllimlər əsasən dərsliklərə diqqət yetirsinlər. Suallar Elm və Təhsil Nazirliyinin təsdiqlədiyi dərslikləri tam əhatə edirdi, kənar suallar yox idi”. 

Müəllim əlavə edir ki, müəyyən səbəblərdən imtahana xüsusi olaraq hazırlaşa bilməsə də, gündəlik keçdiyi dərslər sayəsində fənnini yaxşı bilir: “Sırf imtahan üçün vaxt ayırıb hazırlaşmamışdım. Hazırlaşmaq, təbii ki, lazımdır, bununla yanaşı, daima özünü tədris etdiyin fənn üzrə inkişaf etdirmək, müasir dövrün tələblərinə cavab verən yenilikləri öyrənmək, praktiki tapşırıqlar işləmək gərəkdir”.

“Az bal toplayan müəllimlərə tövsiyəm ancaq o ola bilər ki, daha çox çalışsınlar” 

Aynurə Rüstəmova Sumqayıt şəhəri 14 nömrəli tam orta məktəbin biologiya müəllimidir və sertifikatlaşdırma imtahanında 58 bal nəticə göstərib. 19 ildir ki, pedaqoji fəaliyyətlə məşğuldur. Aynurə müəllim də hesab edir ki, suallar çox çətin deyildi, fənnini bilən müəllimin cavab verəcəyi səviyyədə idi: “Suallar arasında çətin, məntiqi düşüncə tələb edənləri də var idi. İmtahana hazırlıq zamanı dərslikləri təkrarlamışdım, kurikulum nəzəriyyəsini oxuyurdum, test tapşırıqları edirdim, onlayn təlimlərə qatılırdım”.

Aynurə Rüstəmova son bir ayda kurikulum üzərində daha çox işlədiyini, sözün əsl mənasında, xeyli zəhmət çəkdiyini deyir: “Asan olmadı, əslində, ancaq müsbət nəticəyə görə bu əziyyətə dəyərdi. Az bal toplayan müəllimlərə tövsiyəm ancaq o ola bilər ki, daha çox çalışsınlar. Hər bir uğurun arxasında həqiqətən əziyyət durur. Pedaqogikanın özü də məntiq, bilik tələb edir və oxumaq lazımdır. Oxumadan alınmır bu iş”.

Şərhlər

Xəbər lenti

30 iyun, 17:35

MİQ imtahanının şərtləri açıqlanıb

30 iyun, 17:03

AzTU-da “TəhsilPlus” kartı ilə bağlı görüş keçirilib

30 iyun, 16:25

İyul ayına olan hava proqnozu açıqlanıb

30 iyun, 16:19

“Elm və təhsilə birgə baxış” layihəsi çərçivəsində İTİ-də görüş keçirilib

30 iyun, 16:19

Peşə təhsili müəssisələrində “Məzun günü” tədbirləri keçirilib

30 iyun, 16:15

“Ən böyük arzum özümü inkişaf etdirməkdir” – Məzunların uğurları

30 iyun, 16:10

Kembric Universiteti azərbaycanlı tələbəni mükafatlandırdı

30 iyun, 15:58

Türk Dövlətləri üçün Tədqiqat Fondu yaradıla bilər 

30 iyun, 15:41

Azərbaycan dili imtahanının doğru cavab etalonları açıqlanıb

30 iyun, 15:41

“Müasir metodist” müsabiqəsinə qeydiyyat başa çatır

30 iyun, 14:53

AzMİU tələbələri Dünya Robot Çempionatının Azərbaycan finalında uğur qazanıblar

30 iyun, 14:40

“Nə? Harada? Nə zaman?” oyununun finalı keçirilib

30 iyun, 14:39

“Nəticəm gözlədiyimdən də yaxşı oldu” – Müəllimlər sertifikasiyadan danışır

30 iyun, 13:13

Sabahın hava proqnozu açıqlanıb

30 iyun, 12:55

Məktəblilərimiz Balkan Riyaziyyat Olimpiadasında uğur qazanıblar

30 iyun, 12:45

“Biz müəllimlərin və valideynlərin düşüncə tərzini dəyişdirməliyik” – Andreas Şleyxer

30 iyun, 12:28

67 yaşlı Əməkdar müəllim sertifikatlaşdırmada yüksək nəticə göstərdi

30 iyun, 12:15

Cəzaçəkmə müəssisələrindəki peşə məktəblərini bitirənlərin sayı açıqlanıb  

30 iyun, 12:15

Sertifikatlaşdırma gələcək fəaliyyətim üçün stimuldur – Maksimal bal toplayan müəllim

30 iyun, 12:00

SXM-lərdə 260 uşağa aktiv xidmətlər göstərilir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.