Bütün xəbərlər
15 sentyabr, 09:47

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) rektoru professor Gülçöhrə Məmmədova Türkiyənin İzmir Bakırçay Universitetinin rektoru professor Mustafa Berktaş ilə görüşüb. Görüşdə hər iki universitetin nümayəndə heyətləri də iştirak ediblər.

Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, rektor Gülçöhrə Məmmədova universitet haqqında məlumat verərək bildirib ki, bu il universitetin yaranmasının 50 illiyi  qeyd olunacaq və bu dövrdə AzMİU böyük təcrübə qazanıb: "Azərbaycan Memarlıq və İnşaat Universiteti ölkəmizin memarlıq, inşaat mühəndisliyi, dizayn, kommunikasiya sistemləri mühəndisliyi və digər sahələr üzrə ixtisaslı kadrların hazırlanmasında xüsusi rola malikdir. Hazırda 7 fakültə, 30-dan çox ixtisas, 13 minə yaxın tələbə və 500 çox akademik heyət üzvü ilə fəaliyyət göstəririk. Universitetimiz həm tədris, həm də elmi-tədqiqat potensialı ilə seçilir. Biz beynəlxalq əməkdaşlığa xüsusi əhəmiyyət veririk. Hazırda dünyanın nüfuzlu universitetləri ilə 150-yə yaxın əməkdaşlıq müqaviləmiz, 13 ikili diplom proqramımız mövcuddur. Məqsədimiz tələbələrimizi qlobal elmi-təhsil məkanının bir parçasına çevirmək, tədqiqat yönümlü və beynəlxalq universitet mövqeyimizi daha da gücləndirməkdir."

Rektor Mustafa Berktaş isə çıxışında İzmir Bakırçay Universitetinin yeni yaranmasına rəğmən sürətli inkişafına diqqət çəkib: "Bakırçay Universiteti gənc, dinamik və sürətlə inkişaf edən ali təhsil müəssisəsidir. Biz qısa müddətdə Türkiyənin sayılıb-seçilən universitetlərindən birinə çevrilmişik. Burada 7 fakültə, müxtəlif ixtisas proqramları, geniş tələbə auditoriyası və güclü tədqiqat mühiti mövcuddur. Xüsusilə beynəlxalq əməkdaşlığa, mübadilə proqramlarına və birgə layihələrin həyata keçirilməsinə böyük əhəmiyyət veririk. Azərbaycan Memarlıq və İnşaat Universiteti ilə əməkdaşlıq bizim üçün çox dəyərlidir. İnanırıq ki, bu əməkdaşlıq həm universitetlərimiz, həm də ölkələrimiz arasındakı elmi-təhsil əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcək".

Görüşdə nümayəndə heyətlərinin üzvləri də çıxış edərək əməkdaşlığın perspektivləri barədə fikirlərini bildiriblər. Müzakirələr zamanı ilkin olaraq əməkdaşlıq üçün yol xəritəsinin hazırlanması və Orhun proqramı çərçivəsində müəllim və tələbə mübadiləsinin həyata keçirilməsi üçün lazımi prosedurların yerinə yetirilməsi barədə razılıq əldə olunub.

1 /4

Şərhlər

Xəbər lenti

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” 

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 10:10

Nazir müavini: Təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:51

MDU-da müəllimlərin beynəlxalq sertifikasiyaya hazırlığına start verilib

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

15 sentyabr, 07:30

15 Sentyabr "Bilik günü"dür

14 sentyabr, 17:18

Prezident Qarabağ Universiteti Klinikasının və yeni tədris korpusunun açılışında iştirak edib

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

12 sentyabr, 18:33

BDU-da bəzi ixtisaslarda dərslər 4 gün olacaq - Rəsmi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.