
“Bu il birinci sinfə qədəm qoyacaq şagirdlərimizin “Konstitusiya və Suverenlik İli”ndə məktəbə başlamaları xüsusilə qürurvericidir. Bu onların taleyinin ən gözəl başlanğıcıdır. Çünki onlar öz həyatlarını, öz talelərini, cəmiyyətlərini, ölkələrini öz əlləri ilə quracaqlar, yaradacaqlar, yaşadacaqlar”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bunu elm və təhsil nazirinin müavini Həsən Həsənli 151 nömrəli tam orta məktəbdə keçirilən “Bilik günü” tədbirində deyib.
O bildirib ki, bu il 70 min müəllimin əməkhaqqısı artırılıb: “İldən-ilə məktəblərimizin nəticələrinin, uğurlarının artdığını görürük. 151 nömrəli məktəb nəticələrinə görə, Nəsimi rayonu üzrə 4-cü yerdədir. Bu nailiyyət burada çalışan müəllimlərin, kollektivin zəhmətinin nəticəsidir”.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər