Bütün xəbərlər
15 sentyabr, 09:51

Mingəçevir Dövlət Universitetində (MDU) müəllimlərin xarici dil biliklərinin inkişafı və tədrisin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində mühüm addımlar atılır.

“Azərbaycan müəllimi” xəbər verir ki, universitetin Xarici dillər kafedrasının 7 müəllimi TKT (Teaching Knowledge Test) Module 1 imtahanında iştirak ediblər. Bu imtahan “Cambridge University Press & Assessment” təşkilatının beynəlxalq səviyyədə tanınan sertifikasiya proqramıdır və müəllimlərin peşəkar inkişafına mühüm töhfə verir.

Xatırladaq ki, 2025-ci ilin may ayında MDU ilə “Cambridge University Press & Assessment”in Azərbaycandakı rəsmi nümayəndəsi olan ITAC (International Training and Assessment Center) arasında əməkdaşlığa dair Niyyət Protokolu imzalanıb. Bu əməkdaşlıq çərçivəsində universitetdə tədris proqramlarının “Cambridge” standartlarına uyğunlaşdırılması, müəllim və tələbələrin TKT və digər beynəlxalq imtahanlarda iştirakı nəzərdə tutulur.

Bununla yanaşı, “İngilis dilinin qiymətləndirilməsi və tədrisi” layihəsi çərçivəsində universitetin 40 əməkdaşı üçün ödənişsiz peşəkar ingilis dili kursu təşkil ediləcək. Təlimlər “British Council”, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və MDU əməkdaşlığı ilə həyata keçiriləcək. Oktyabrın 6-dan başlayacaq proqram hibrid formada (onlayn və üzbəüz seminarlarla) keçiriləcək və iştirakçıların səviyyəsi layihədən öncə British Council Aptis diaqnostik imtahanı ilə müəyyənləşdiriləcək.

Təlim proqramı çərçivəsində B2 səviyyəsindən aşağı olan müəllimlər üçün 160 akademik saatlıq ümumi ingilis dili kursu, B2 və daha yüksək səviyyədə olan müəllimlər üçün 80 saat ümumi ingilis dili və 80 saat metodika təlimi, fənn müəllimləri üçün isə 140 akademik saat ümumi ingilis dili və metodika təlimi təşkil ediləcək.

Qeyd edək ki, bu təşəbbüslər MDU-da pedaqoji heyətin peşəkarlığının artırılmasına, beynəlxalq sertifikasiyaya çıxış imkanlarının genişləndirilməsinə və tədrisin keyfiyyətinin qlobal standartlara uyğunlaşdırılmasına xidmət edir.

1 /1

Şərhlər

Xəbər lenti

15 sentyabr, 11:29

Güclü geomaqnit qasırğası müşahidə olunur

15 sentyabr, 11:24

Qarabağda “Bilik günü” 

15 sentyabr, 11:11

“İnsan kapitalı və təhsil” İşçi qrupunun növbəti iclası keçirilib

15 sentyabr, 10:57

Gülən, ağlayan, əsnəyən balacalar – "Bilik günü" fotolarda

15 sentyabr, 10:56

Şirvan məktəbinin müəllimləri vahid geyim formasına keçiblər

15 sentyabr, 10:50

“Bilik günü” müxtəlif ölkələrdə necə başlayır?

15 sentyabr, 10:25

Kəlbəcərdə 33 il sonra ilk zəng çalınıb

15 sentyabr, 10:25

Sağlam qidalanma mədəniyyəti

15 sentyabr, 10:22

Yeni salınacaq Qaraxanbəyli kəndində 2 məktəb və 3 uşaq bağçasının inşası planlaşdırılır

15 sentyabr, 10:10

Nazir müavini: Təhsilin inkişafı sahəsində görülən işlər gələcəyimiz üçün etibarlı əsaslar yaradır

15 sentyabr, 09:55

Azərbaycanın 10 milyonuncu sakini məktəbə başladı – FOTOLAR

15 sentyabr, 09:47

AzMİU ilə İzmir Bakırçay Universiteti arasında əməkdaşlıq müzakirə olunub

15 sentyabr, 09:37

Həsən Həsənli: İldən-ilə məktəblərimizin uğurlarının artdığını görürük

15 sentyabr, 09:37

Gəncədə tam orta ümumtəhsil müəssisəsi təmirdən sonra istifadəyə verilib

15 sentyabr, 07:30

15 Sentyabr "Bilik günü"dür

14 sentyabr, 17:18

Prezident Qarabağ Universiteti Klinikasının və yeni tədris korpusunun açılışında iştirak edib

13 sentyabr, 15:22

Yeni tədris ilinin ilk dərsi bu mövzuya həsr olunacaq

13 sentyabr, 13:30

Uşaq evi sosial xidmət müəssisələrində 33 uşaq birinci sinfə başlayır

12 sentyabr, 21:12

Siniflər hansı meyarlara əsasən komplektləşdirilir? – AÇIQLAMA

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.