
Gəncə şəhər 24 nömrəli tam orta ümumtəhsil məktəbinin əsaslı təmirdən sonra açılış mərasimi keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, mərasimdə Təhsilin İnkişafı Fondunun sədri Elnur Nəsibov, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısının müavini Səməd Tomuyev, Gəncə–Daşkəsən Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, idarə əməkdaşları, məktəbin müəllim və şagird kollektivi iştirak edib.
Məktəb 1176 şagird yerlikdir. Tədris binasında 55 sinif otağı, 6 laboratoriya, 2 texnologiya, 3 informatika otağı, kitabxana, 270 nəfərlik akt zalı, idman zalı, hərbi hazırlıq kabineti və məktəbəhazırlıq otağı var. Məktəbdə 897 şagird təhsil alır. Təhsil müəssisəsinin 81 nəfər pedaqoji, 16 nəfər texniki işçisi var.
Açılış mərasimindən sonra qonaqlar məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.
1 /6
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər