Bütün xəbərlər
21 may, 11:47

Lənkəran Dövlət Universitetində (LDU) 2025-ci ilin Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilməsi, həmçinin akademik Həsən Əliyev adına Coğrafiya İnstitunun 80 illik yubileyi ilə əlaqədar “Regionlarda elm və təhsilin inteqrasiyası” mövzusunda “dəyirmi masa” keçirilib. 

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbiri giriş sözü ilə LDU-nun elm və innovasiya məsələləri üzrə prorektoru dos. Elvin Əliyev açıb və iştirakçılara “dəyirmi masa”nın elmi mahiyyəti, məqsəd və vəzifələri, əhəmiyyəti barədə açıqlama verib, belə elmi görüşlərin tələbə və müəllimlər üçün vacib olduğunu bildirib. AR ETN akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun baş direktor vəzifəsini icra edən dos. Zaur İmrani təmsil etdiyi qurumda bu istiqamətdə görülən işlərdən, elmi araşdırmalardan, qarşıdakı perspektivlərdən və LDU ilə elmi əməkdaşlığın səmərəliliyindən söz açıb.

LDU-nun Tarix-coğrafiya və incəsənət fakültəsinin dekanı, dos. Afaq Qasımova “Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycan Respublikası Konstitusiyasının banisidir”, Coğrafiya və onun tədrisi metodikası kafedrasının müdiri Sənan Əzizov “Lənkəran-Astara iqtisadi rayonunda mövcud demoqrafik vəziyyətin qiymətləndirilməsi”, dos. Qorxmaz Ağayev "Lənkəran təbii vilayətində bərpa olunan enerji mənbələrindən istifadə imkanları və gələcək perspektivləri (geotermal mənbələr nümunəsində)”, Akademik Həsən Əliyev adına Coğrafiya İnstitutunun əməkdaşlarından dos. Müseyib Yunusov “Respublikamızda elm və təhsilin inteqrasiya problemləri”, dos. Solmaz Rzayeva “Lənkəran-Astara iqtisadi rayonunda tibbi-coğrafi baxımdan əhalinin sağlamlığına təsir edən amillərin tədqiqi”, c.ü.f.d. Nicat İmamverdiyev “Azərbaycanda yaşıl enerji transformasiyası: mövcud vəziyyət və inkişaf perspektivləri”, kiçik elmi işçi Nazim Gəraylı “Süni intellekt və GİS: Yeni inteqrasiya imkanları” mövzularında çıxış ediblər.

“Dəyirmi masa” açıq polemika və diskussiya şəraitində keçirilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

1 /3

Şərhlər

Xəbər lenti

10 iyul, 21:34

SABAH qruplarına qəbulun formatı dəyişdirilir

10 iyul, 17:03

Elm və Təhsil Nazirliyi ilə G42 "Presight" şirkəti arasında əməkdaşlıq imkanları müzakirə olunub

10 iyul, 17:00

"Sertifikatlaşdırma 2025: peşəkar müəllim - keyfiyyətli təhsil" mövzusunda tədbir keçirilib

10 iyul, 16:49

BMU ilə Lanzhou Maliyyə və İqtisadiyyat Universiteti arasında memorandum imzalanıb

10 iyul, 16:11

Biologiya, fransız dili, fiziki tərbiyə, rus dili və fizika fənləri üzrə apellyasiya müraciətlərinə start verilib

10 iyul, 15:07

Böyük Britaniyanın professoru idman təbabətinə dair təlim keçib

10 iyul, 15:00

Nazir müavini Burkina Fasonun Türkiyədəki səfiri ilə görüşüb

10 iyul, 13:42

10 ildə müəllimlərin əməkhaqları 3 dəfə artıb

10 iyul, 13:28

Gələn tədris ilində müəllimlərin 45%-i 1000 manatdan çox maaş alacaq

10 iyul, 13:24

Emin Əmrullayev: Sertifikatlaşdırma peşəkar müəllim resursumuzu daha aydın görməyə imkan verir

10 iyul, 13:09

Riyaziyyat müəllimlərinin 47 faizinin maaşı 35 faiz artacaq

10 iyul, 12:19

İşğaldan azad olunmuş ərazilərdə yeni məktəblər açılacaq

10 iyul, 12:01

Özəl bağçalarda qrantla təhsil alan uşaqların sayı 5000 nəfərə çatdırılacaq

10 iyul, 11:59

40 bağça direktoru işdən çıxarılıb, 100-dən çoxuna töhmət verilib

10 iyul, 11:51

Sertifikatlaşdırma imtahanının formatı dəyişdirilə bilər

10 iyul, 11:44

Nazir kimya müəllimlərinin narazılıqlarına münasibət bildirib

10 iyul, 11:39

“Rus bölmələrinin bağlanması gündəmdə deyil” – Emin Əmrullayev 

10 iyul, 11:17

1300-dən çox müəllim 2000 manat və daha artıq maaş alır

10 iyul, 11:13

Azərbaycan dili və ədəbiyyat imtahanındakı 3 sual qiymətləndirmədən çıxarılıb - Nazir

10 iyul, 11:12

Müəllimlərin ümumi dərs yükü artıb

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.