
“Təhsilə yatırılan investisiyalar strateji baxımdan nəticəyönlüdür”.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu fikirləri elm və təhsil nazirinin müavini İdris İsayev "Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya" mövzusunda keçirilən 7-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunun açılış mərasimində səsləndirib.
Nazir müavini bildirib ki, təhsilə qoyulan vəsaitlər sadəcə xərclər deyil, gələcəyə edilən məqsədyönlü sərmayələrdir: “Çox sevindirici haldır ki, ölkəmizdə təhsil sektoru nəticəyönlü fəaliyyət prinsipləri əsasında inkişaf etdirilən prioritet sahələrdən biri kimi müəyyən olunub”.
İdris İsayev vurğulayıb ki, təhsilə yatırılan vəsaitlər uzunmüddətli təsirə malikdir və nəticələri zamanla özünü göstərir:
“Digər sahələrdən fərqli olaraq, təhsilə edilən sərmayələrin nəticəsini dərhal görmək mümkün deyil. Bu, zaman tələb edən bir prosesdir. Bu gün əldə etdiyimiz nailiyyətlər 10-15 il əvvəl təhsilə yatırılan investisiyaların nəticəsidir”.
O əlavə edib ki, dövlət tərəfindən təhsilə davamlı sərmayə qoyuluşu ölkənin gələcək inkişafını təmin edən əsas amillərdəndir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər