Bütün xəbərlər
8 aprel, 14:44

Bu gün Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna “İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən tapşırıqların qiymətləndirilməsi texnologiyası” ilə tanış olmaq üçün mediatur təşkil olunub.  

“Azərbaycan müəllimi” xəbər verir ki, əvvəlcə Dövlət İmtahan Mərkəzinin Aparat rəhbəri Vəfadar Misirov çıxış edib və buraxılış (qəbul) imtahanları ərəfəsində mövzunun aktuallığını iştirakçıların diqqətinə çatdırıb. V.Misirov müxtəlif imtahanlarda istifadə olunan və yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılmasının həm onlayn, həm də DİM-in elektron imtahanlar korpusunda, o cümlədən regional bölmələrində həyata keçirildiyini bildirib. V.Misirov imtahan materiallarının emalı və nəticələrin vaxtında ictimaiyyətə təqdim olunması ilə bağlı Mərkəz tərəfindən fasiləsiz iş aparıldığını qeyd edib.

Tədbirdə daha sonra sual kitabçalarının avtomatlaşdırılmış çap sistemi və materialların hazırlandığı “qapalı məkan” haqqında videoçarx nümayiş etdirilib.

Ardınca Dövlət İmtahan Mərkəzinin Bacarıqların, vərdişlərin qiymətləndirilməsi və markerlərlə iş şöbəsinin müdiri Aydın Qasımov yazı işlərinin qiymətləndirilməsi texnologiyası haqqında təqdimatla çıxış edib. O, açıq tipli tapşırıqların əhəmiyyəti, qiymətləndirmə prosesinin mərhələləri, markerlərin seçimi, nəticələrin elanı barədə məlumat verib. A.Qasımov qeyd edib ki, bu il martın 2-də və 9-da keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında markerlər 1,7 milyondan çox tapşırıq üzrə qiymətləndirmə aparıblar. Bir tapşırığın iki marker tərəfindən yoxlanıldığını nəzərə alsaq, 3,5 milyona yaxın qiymətləndirmə həyata keçirildiyi məlum olur. 

Yazı işlərinin qiymətləndirilmə prosesinin hər bir tapşırıq üzrə ayrı aparılmasının faydalarından danışan A.Qasımov bununla markerlərin ardıcıl olaraq yalnız həmin tapşırığı işlədiyi üçün sürətli və keyfiyyətli yoxlama apara bildiklərini,  istənilən bir şagirdin hər tapşırıq üzrə yazı işinin iki ayrı marker tərəfindən qiymətləndirilməsinin onun hər hansı işarələmə vasitəsilə yazı işini tanıtması cəhdlərini sıfra saldığını və bu qayda ilə hər şagirdin ümumi işinin ən azı 20 müxtəlif marker tərəfindən yoxlanılmış olmasını qeyd edib.

Markerlərin yazı işlərinin qiymətləndirilməsi prosesində iştirak etmələrinin üstün cəhətlərini də vurğulayan A.Qasımov müəllimlərin qazandıqları təcrübəni məktəbdə sinifdaxili qiymətləndirmələrində, yoxlamaq istədikləri bacarıqlara uyğun mətn və tapşırıq tərtibetmə, şagirdlərinin göstəricilərini araşdırıb müqayisəetmə kimi fəaliyyətlərində tətbiq edə biləcəkləri və beləliklə fərdi inkişaf və bacarıqlarının təkmilləşdirilməsi üçün yaxşı bir imkan olduğunu da diqqətə çatdırıb. A.Qasımov həmçinin markerlərin kifayət qədər əmək haqqı ilə də təmin olunduğunu qeyd edib. 

2024-cü ildə keçirilən bütün imtahanların statistikasına nəzər salan şöbə müdiri markerlərin ümumilikdə 7,5 milyondan çox qiymətləndirmə həyata keçirdiklərini və onlara 1 milyon manatdan çox əməkhaqqı ödənildiyini söyləyib. 

Növbəti çıxışçı DİM-in Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri  Elmir Şirinov yoxlama prosesini ehtiva edən “Onlayn marker” sisteminin beynəlxalq səviyyədə tanıdılması ilə bağlı görülən işlər haqqında danışıb.

Daha sonra iştirakçılar xüsusi ayrılmış imtahan zallarında yoxlama aparan markerlərin işi ilə yaxından tanış olublar. Media nümayəndələrinə markerlərin yoxlamanı hansı şəraitdə və meyarlara əsasən həyata keçirdikləri, qiymətləndirməni necə apardıqlarını birbaşa müşahidə etmək imkanı yaradılıb.

Sonda isə DİM-in beynəlxalq imtahan zalları da iştirakçılara nümayiş etdirilib.

Görüş boyunca iştirakçıların göstərilən məsələlərlə bağlı sualları cavablandırılıb və müzakirələr aparılıb.

1 /12

Şərhlər

Xəbər lenti

1 may, 10:23

Şahmat taxtasında yazılan hekayə - Gülşənin zəfər yolu

1 may, 10:10

Sumqayıtda “Erkən nikahın qarşısının alınması” mövzusunda görüş olub

1 may, 09:57

Radiasiya Problemləri İnstitutunun alimləri ilə görüş keçirilib

1 may, 09:51

Məktəblərdə yaz tətili başladı

1 may, 09:46

Nazir müavini Birgə Hökumətlərarası Komissiyanın 7-ci iclasında çıxış edib

1 may, 09:42

Bu gündən birinci siniflərə şagird qəbuluna başlanılır

1 may, 09:40

Leyla Əliyeva və Arzu Əliyeva tələbələrin konsertində iştirak ediblər

1 may, 09:37

Abituriyentlərin nəzərinə: Qeydiyyat başa çatır!

30 aprel, 19:56

MÜTDA I sinfə elektron qəbul ilə bağlı video təlimat hazırlayıb

30 aprel, 17:43

Sərgi salonunda “From Past to Future” adlı hesabat sərgisi açılıb

30 aprel, 17:06

Beynəlxalq Təhsil İcmalı – Aprel 2025

30 aprel, 16:43

85 minə yaxın uşaq avtomatik olaraq 1-ci sinfə yerləşdirilib

30 aprel, 16:15

Müasir dövrdə məktəbəqədər təhsilə baxış

30 aprel, 16:01

ADU-da Beynəlxalq Çin Dili Günü qeyd olunub

30 aprel, 15:55

Nazir müavini İtaliya Deputatlar Palatasının üzvü ilə görüşüb

30 aprel, 15:18

İngilis dilinin tədrisinə ayrılan dərs saatlarının artırılması təklif edilib

30 aprel, 15:02

Türkiyənin 4 universiteti ilk top-100-lüyə daxil olmağı bacarıb – REYTİNQ

30 aprel, 15:00

Rayonun ilk üçlüyündə: Kənd məktəbinin uğurunun sirri

30 aprel, 14:43

Malayziyada ali təhsil gənclərə nə qazandırır? – Təhlil

30 aprel, 14:35

BMU-da millət vəkilləri ilə tələbələrin görüşü keçirilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.