Bütün xəbərlər
2 iyun, 16:00

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin "Elm və təhsilə birgə baxış" layihəsi çərçivəsində nazirliyin Elm, ali və peşə təhsili siyasəti şöbəsinin rəhbərliyi və əməkdaşlarının iştirakı ilə 2025-ci il mayın 23-də Bakı Ali Neft Məktəbində ali təhsil sisteminin inkişaf perspektivlərinə dair növbəti işçi görüş keçirilib. 

“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Bakı Ali Neft Məktəbinin rəhbərliyi, professor-müəllim və inzibati heyəti, eləcə də bəzi tələbə və məzunları iştirak ediblər.

Tədbirin əsas məqsədi ali təhsildə mövcud problemlərin, onların həlli yollarının və gələcək inkişaf istiqamətlərinin geniş müzakirəsi olub. Görüşdə BANM-in məsul şəxsləri fəal iştirak edərək ali təhsildə idarəetmənin səmərəliliyinin artırılması, tədris proqramlarının müasir tələblərə uyğunlaşdırılması və qanunvericilik bazasının təkmilləşdirilməsi ilə bağlı fikir və təkliflərini səsləndiriblər.

BANM-in rektoru Elmar Qasımov çıxış edərək Elm və Təhsil Nazirliyinin təşəbbüsünü yüksək qiymətləndirib və belə formatda keçirilən görüşlərin ali təhsil müəssisələrinin inkişafında böyük rol oynadığını bildirib. O, görüş çərçivəsində qonaqları BANM-in maddi-texniki bazası, müasir laboratoriyaları və tədris imkanları ilə tanış edib, praktiki hazırlığın gücləndirilməsi istiqamətində görülən işlər barədə ətraflı məlumat verib.

1 /7

Şərhlər

Xəbər lenti

4 iyun, 19:10

İki qızıl, iki gümüş: Gülayın ədəbiyyatdakı yüksəlişi 

4 iyun, 17:54

Biləsuvar Təhsil Kompleksində Kembric kurikulumunun tətbiqinə başlanılır

4 iyun, 17:29

Qarabağ Universitetində yaz imtahan sessiyası başlayıb

4 iyun, 17:10

Rəqslə böyüyən istedad – 14 yaşlı Sinayın uğur hekayəsi

4 iyun, 17:09

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin nəticələri açıqlanıb

4 iyun, 16:59

“Çəkişmə” hüquq müsabiqəsi yekunlaşıb

4 iyun, 16:36

“Azərbaycanın təhsil imkanları valideynlərimin diqqətini çəkdi” Əlcəzairli tələbə

4 iyun, 16:23

I siniflərin sərbəst qaydada məktəb və müəllim seçimi başlayır

4 iyun, 16:02

İngilis dili müəllimi olmaq istəyənlər üçün MİQ mövzuları

4 iyun, 16:00

Rezidenturaya qəbul imtahanının II cəhdinə qeydiyyat başlayır

4 iyun, 15:58

4 fənnə görə xüsusi seçildi - Kənd məktəbinin böyük uğuru  

4 iyun, 15:45

ADU-da doktorantura təhsilinin təkmilləşdirilməsi ilə bağlı görüş keçirilib

4 iyun, 15:19

Azərbaycanlı alimlərin məqaləsi nüfuzlu jurnalda dərc olunub

4 iyun, 15:17

Zəngilanda məktəblilər arasında idman yarışları keçirilib

4 iyun, 15:14

Gürcüstanın elm, təhsil və gənclər naziri Bakıda konfransda iştirak edəcək

4 iyun, 15:06

AzMİU-da 2025-2026-cı tədris ili üçün qəbul planı artırılıb

4 iyun, 15:04

ADPU-nun rektoru imtahanların gedişi ilə tanış olub

4 iyun, 15:01

İş və istirahət günlərinin yerləri dəyişdirilib

4 iyun, 14:41

Pulpərəst məktəb direktoru – Qəzetin arxivindən

4 iyun, 13:56

Atatürkün şəxsən təbrik etdiyi azərbaycanlı qadın – Öz maaşını kasıb tələbələrə paylayırdı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.