Bütün xəbərlər
26 may, 16:33

Gəncə şəhəri 26 nömrəli məktəb-liseyin XI sinif şagirdi Atin Vəliyev Türkiyənin Antalya şəhərində keçirilən kikboksinq üzrə nüfuzlu WAKO Dünya Kubokunda Azərbaycanı uğurla təmsil edərək 60 kq çəki dərəcəsində birinci yeri tutub. Bu, təkcə şəxsi uğur deyil, bu həm də məktəbin, Gəncənin, Azərbaycan təhsilinin və gəncliyinin qürur mənbəyidir.

“Azərbaycan müəllimi” qəzeti gənc çempionun təəssüratlarını öyrənib. 

Uşaqlıqdan başlayan məqsədli yol

Atin Vəliyev 9 yaşından idmana maraq göstərməyə başlayıb. Onun seçimi təsadüfi olmayıb. Kikboksinqə gəlməyində özünün dediyi kimi, böyük rolu Əməkdar məşqçi, dəfələrlə dünya çempionu olmuş Elnur Salamov oynayıb:

“İlk dəfə müəllimim Elnur Salamovun yarışlardakı çıxışlarını, əldə etdiyi nəticələri izləyəndə bu idmana qarşı böyük həvəsim yarandı. Onun uğurları mənə güc verdi. Belə müəllimlə məşq etmək mənim üçün həm məsuliyyət, həm də motivasiyadır”.

Uşaqlıqdan fiziki hazırlıq, dözümlülük və iradə tərbiyəsi ilə böyüyən Atin zamanla Azərbaycan kikboksinqində öz sözünü deməyə başlayır. Regionda, ölkədə keçirilən yarışlarda uğurlar qazanaraq beynəlxalq arenaya çıxışa hazırlaşır və nəhayət, bu ilin mayında öz sözünü Dünya Kubokunda deyir.

Təhsil və idman – birgə uğur hekayəsi

İdmanda belə yüksək nəticələr əldə etmək, eyni zamanda, məktəbdə uğurlu təhsil almaq heç də asan deyil. Bu balansı qorumaq üçün gənc idmançı öz həyatını intizam və planla idarə etməyi bacarır:

“Məşqlərimə ciddi yanaşıram, amma dərslərimi də diqqətdən kənarda saxlamıram. Dərslərimə vaxt ayırmağa çalışıram. Mənim üçün həm sinifdə, həm rinqdə məsuliyyət daşımaq çox önəmlidir”.

Bu yanaşma müəllimlərinin də diqqətindən yayınmayıb. Onlar Atinin həm dərslərindəki məsuliyyətini, həm də yarışlara hazırlaşarkən göstərdiyi əzmi yüksək qiymətləndirirlər. Məktəbin direktoru Vüsalə Səfərova və müəllim kollektivi Atinin bu uğurunu məktəbin böyük nailiyyəti hesab edir və daim onun yanında olduqlarını bildirirlər.

Uğurun formulu: intizam, rejim və özünənəzarət

Atin təkcə mövcud uğurları ilə kifayətlənmək niyyətində deyil. Onun daha böyük arzuları var:

“Gələcəkdə Avropa və dünya çempionu olmaq istəyirəm. İstəyirəm ki, üçrəngli bayrağımızı daha böyük arenalarda ucaldım. Peşə seçimim də bu yoldadır – müəllimim Elnur Salamov kimi Əməkdar məşqçi olmaq, gənclərə dəstək vermək istəyirəm”.

Bir çox gənclər bu yaşda gündəlik qaydalardan yayınmaq istəyərkən Atin hər gününü ciddi rejimlə keçirir:

“Məşqimi heç vaxt ötürmürəm, zərərli qidalardan uzaq dururam, yuxu rejimimə diqqət edirəm. Uğura gedən yolda bu sadə görünən, amma mühüm qaydalara əməl etmək şərtdir”.

İdmanın təsiri yalnız fiziki formada deyil, mənəvi inkişafda da özünü göstərir. Gənc çempion deyir ki, kikboksinq onu pis vərdişlərdən uzaq saxlayıb və özünəinamını artırıb.

Məktəb mühiti və dost münasibətləri

Atin həm də məktəb mühitində nümunəvi şagirddir. Sinif yoldaşları ilə münasibətləri səmimi və dəstəkləyicidir:

“Sinif yoldaşlarım və müəllimlərim mənimlə fəxr etdiklərini deyirlər. Bu mənə güc verir. Məktəbimizin adını yüksəltmək üçün daha çox çalışmaq istəyirəm”.

“İdman həyatımda böyük dəyişiklik etdi”

Gələcək çempionun həmyaşlarına bir tövsiyəsi var: “Bütün gənclərə deyirəm: idmanla məşğul olun. Bu sizi həm güclü edəcək, həm də pis vərdişlərdən uzaq tutacaq. İdman həyatımda böyük dəyişiklik etdi”.

“Bəs dalaşqansan?” sualına gülümsəyərək çox sadə cavab verir: “Xeyr, heç vaxt. İdman mənə dözüm, əxlaq və səbir öyrədib. Mən rinqdə döyüşürəm, həyatda yox”.

Atin Vəliyevin uğuru təkcə bir medal deyil. Bu, bir məktəbin, bir müəllimin, bir şəhərin və ümumilikdə Azərbaycan təhsilinin və gəncliyinin uğur hekayəsidir.

1 /1

Şərhlər

Xəbər lenti

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

14 iyun, 12:27

Elm və təhsil nazirinin müavini Naxçıvanda "Son zəng" tədbirində iştirak edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.