
Qubadlı rayonu Çaytumas kənd Hafiz Quliyev adına Texniki fənlər təmayüllü məktəb-liseyin VII sinif şagirdi Hüseyn Şirinzadənin də tərkibində olduğu "ProElementary" komandası VIII Robot Olimpiadasında "Robomission" kateqoriyası üzrə qızıl medal qazanıb.
“Azərbaycan müəllimi” xəbər verir ki, yarış 26-28 sentyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi, Dünya Robot Olimpiadası Assosiasiyası və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilib. Olimpiadanın final mərhələsində 8-19 yaş arası yeniyetmə və gənclərdən ibarət 153 komanda iştirak edib.
Qeyd edək ki, qaliblər bu ilin noyabrın 26-28-də Sinqapurda keçiriləcək XXII Dünya Robot Olimpiadasında Azərbaycanı təmsil edəcəklər.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər