Bütün xəbərlər
23 may, 09:43

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzində (İİTKM) “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üzrə Tədbirlər Planı”nın icrasının 2024-cü il üzrə monitorinq nəticələri müzakirə edilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, mərkəzin icraçı direktoru Vüsal Qasımlı məşğulluğun təminatının dayanıqlı iqtisadi inkişafın dəstəklənməsində önəmli rolunu vurğulayıb. O, son illərdə Məşğulluq Strategiyasının prioritetlərinə uyğun olaraq əmək bazarı və məşğulluq sahəsində mühüm işlər görüldüyünü diqqətə çatdırıb. İİTKM-nin icraçı direktoru Strategiya çərçivəsində müəyyən edilmiş əsas hədəf göstəricilərin ölkədə əmək məhsuldarlığının yüksəldilməsinə, həmçinin müasir və rəqabətqabiliyyətli əmək bazarının yaradılmasına xidmət etdiyini vurğulayıb. O, müasir texnoloji transformasiyalar, demoqrafik dəyişikliklər və süni intellekt kimi innovativ amillərin əmək bazarının strukturuna təsirini xüsusi qeyd edib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Vüsal Nəsirli Məşğulluq Strategiyasına uyğun olaraq aktiv məşğulluq proqramlarının icrası və genişləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xidmətlərinin elektronlaşdırılması sahəsində son illər geniş proqramın icra olunduğunu, əmək və məşğulluq sahəsində də rəqəmsal xidmətlərin istifadəyə verildiyini, “Əmək və Məşğulluq” altsisteminin əmək bazarı iştirakçıları üçün önəmini qeyd edib. Nazir müavini Strategiya çərçivəsində sosial rifahın artırılması və məşğulluq imkanlarının genişləndirilməsi, həssas qrupların əmək bazarına çıxışının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlərin ölkədə əmək bazarının dayanıqlılığını və inklüzivliyini təmin etmək məqsədi daşıdığını bildirib.  

Daha sonra İİTKM-in İqtisadi təhlil şöbəsinin müdir müavini Elnur Ələkbərov Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üzrə Tədbirlər Planı çərçivəsində 2024-cü il üzrə monitorinq nəticələrini təqdim edib. Müəyyən edilmiş prioritetlərə uyğun olaraq həyata keçirilən ən mühüm layihələr, müzakirəsi vacib məsələlər diqqətə çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Elm və Təhsil Nazirliyinin məsul şəxsləri təqdimatdan sonra müzakirə olunan məsələlərlə bağlı icrası davam edən və görüləcək tədbirlər barədə məlumat veriblər.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin “2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın təsdiq edilməsinə dair 30 oktyabr 2018-ci il tarixli Sərəncamına əsasən, Məşğulluq Strategiyasının həyata keçirilməsi ilə bağlı tədbirlərin icrasının monitorinq və qiymətləndirilməsini İİTKM həyata keçirir.

1 /2

Şərhlər

Xəbər lenti

23 may, 17:55

Sertifikatlaşdırma üzrə sınaq imtahanı keçiriləcək

23 may, 17:13

Nazir Londonda Dövlət Proqramı təqaüdçüləri ilə görüşüb

23 may, 17:07

Müxtəlif mədəniyyətlər bir arada: ADA-dan dünyaya səyahət – REPORTAJ

23 may, 17:05

ADNSU “QS Stars”da 5 ulduzla qiymətləndirilib

23 may, 16:50

AzMİU doktoranturaya sənəd qəbulu elan edir

23 may, 16:46

MİQ-də metodika və pedaqogika üzrə suallar bu mövzulardan salınacaq

23 may, 16:45

LDU-da süni intellektdən istifadə ilə bağlı infosessiya keçirilib

23 may, 16:35

BMU-da Gənc Tədqiqatçıların IX Beynəlxalq Elmi Konfransı keçirilir

23 may, 16:25

“Müəllimimin məni kəşf etməsi həyatımı dəyişdirdi” – Qaliblər uğurlarından danışırlar

23 may, 16:15

SDU-da beynəlxalq elmi konfrans keçirilib

23 may, 16:03

AMEA doktoranturaya sənəd qəbulu elan edir

23 may, 15:54

UNEC-də magistratura təhsili üzrə yeni hədəflər müəyyən olunub

23 may, 15:39

Bu gündən bağçalara qeydiyyat dayandırılıb

23 may, 15:18

Səssiz dağlarda yüksək nəticə: Çayrud məktəbinin sirri – REPORTAJ

23 may, 15:00

Gənclərin karyera gözləntiləri əmək bazarı reallıqlarına cavab vermir – Yeni hesabat

23 may, 14:36

Elm və təhsil komitəsinin sədri məktəblilərlə görüşəcək

23 may, 13:40

Riyaziyyat emosiyaları tənzimləyir

23 may, 13:35

Azərbaycan "Bebras" müsabiqəsinin tamhüquqlu üzvü seçilib

23 may, 13:19

“Startup School 3” layihəsi ADNSU-da təqdim olundu

23 may, 13:16

IX siniflərin buraxılış imtahanının nəticəsi nə vaxt elan ediləcək? – DİM sədri açıqladı

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.