
Yeni tədris ili münasibətilə Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən Ucar rayonu A.Abdullayev adına Alpı kənd tam orta ümumtəhsil məktəbinin müəllimləri vahid geyimdə dərsə başlayıblar.
“Azərbaycan müəllimi” xəbər verir ki, bu təşəbbüs müəllimlər arasında birlik, həmrəylik və peşəyə olan sevgini ifadə etməklə yanaşı, məktəb mühitinə xüsusi ahəng qatıb.
Müəllimlər qeyd ediblər ki, belə bir addım həm kollektivin birliyini möhkəmləndirir, həm də şagirdlərə məktəb formasının vacibliyini nümunə yolu ilə göstərir. Yeni tədris ilində məktəbdə təhsilin keyfiyyətinin yüksəldilməsi, təlim-tərbiyə işlərinin daha səmərəli təşkili istiqamətində mühüm hədəflər müəyyənləşdirilib.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər