Bütün xəbərlər
12 may, 19:53

NASA-nın mühəndisləri Ayın torpağından kütləvi şəkildə oksigen əldə etməyə nail olublar

“Azərbaycan müəllimi” xəbər verir ki, NASA alimləri Ayda uzunmüddətli missiyalara hazırlıq çərçivəsində mühüm elmi irəliləyiş əldə ediblər. Onlar süni Ay torpağından (reqolitdən) sənaye miqyasında oksigen çıxarmağa müvəffəq olublar. Mütəxəssislərin fikrincə, bu nailiyyət gələcəkdə Ayda müstəqil bazaların yaradılmasına və yerli resurslardan istifadə etməklə astronavtların həyat təminatının qurulmasına mühüm töhfə verəcək.

Tədqiqat “Lunar Resources Inc.” (LUNAR) şirkəti ilə birgə aparılıb. Alimlər eksperiment zamanı 25 kiloqram süni reqolit nümunəsini vakuum kamerasında 1700 °C temperaturda qızdıraraq elektrik cərəyanı vasitəsilə əridiblər. Bu proses nəticəsində molekulyar oksigen və metalları ayırmaq mümkün olub.

Mütəxəssislər bildiriblər ki, əldə olunan oksigen təkcə nəfəs almaq üçün deyil, həm də raket yanacağında oksidləşdirici kimi istifadə oluna bilər. Ayrılan metallar isə Ayda infrastrukturun qurulması və günəş panellərinin istehsalında tətbiq edilə bilər. Bu texnologiya Ayın öyrənilməsi üçün xərcləri xeyli azaltmağa imkan verəcək.

NASA nümayəndələrinin sözlərinə görə, gələcəkdə bu cür reaktorlar Ay səthinə yerləşdiriləcək, xüsusi robotlar isə reqolit toplamaq üçün istifadə olunacaq. Hazırda texnologiyanın təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir və onun Mars kimi digər planetlərdə də tətbiqi nəzərdən keçirilir.

1 /1

Şərhlər

Xəbər lenti

15 iyun, 15:59

Milli Qurtuluşdan Zəfərə: Müstəqil Azərbaycanın yüksəliş yolu

15 iyun, 14:05

BSU-da Elmi Şura iclası keçirilib

15 iyun, 11:38

Səhnə balaca fidanlarındır - Beynəlxalq Muğam Mərkəzindən Reportaj

14 iyun, 18:03

Millət vəkillərinin “Son zəng” təəssüratları

14 iyun, 17:28

Əlləri və baxışları ilə danışan məzunlar – REPORTAJ

14 iyun, 17:19

Xocalıda 33 ildən sonra ilk “Son zəng” çalındı…

14 iyun, 17:05

NDU ilə AMEA arasında Əməkdaşlıq Memorandumu imzalanıb

14 iyun, 16:06

“Son zəng” öyrənməyə son deyil – Vəfa Yaqublu

14 iyun, 15:40

Fərzəli Qədirov Şamaxıda “Son zəng” tədbirində iştirak edib

14 iyun, 15:35

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsilinə cəlbində yeniliklər olacaq

14 iyun, 15:21

Firudin Qurbanov Qobustanda "Son zəng" tədbirində iştirak edib

14 iyun, 14:35

37 il sonra məzun oldular  

14 iyun, 13:45

Cəbrayılda 32 il sonra çalınan ilk "Son zəng"

14 iyun, 13:41

Mətin Kərimli: Dövlətimiz gənclərimizin ali təhsilə əlçatanlığının artmasına çalışır

14 iyun, 13:29

“İnanırıq ki, işğaldan azad olunmuş ərazilərdəki məzunların sayı artacaq” – Nazir

14 iyun, 13:12

Daha 24 məktəb inklüziv təhsilə cəlb olunacaq

14 iyun, 13:08

Naxçıvanda yeni məktəblər açılacaq

14 iyun, 13:02

Bu regionda 36 məktəbə direktor təyin edildi

14 iyun, 12:45

Emin Əmrullayev: “Son zəng” ifadəsində “son” sözü olsa da, hər şeyin başlanğıcıdır

14 iyun, 12:42

Nazir: Böyük Qayıdış gənclərə təhsil, iş baxımından böyük imkanlar açır

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.