
Naxçıvan Muxtar Respublikasının 12 ucqar kənd məktəbinin məzunları 2024–2025-ci tədris ili üzrə ali məktəblərə qəbul imtahanlarında 100 faiz nəticə göstəriblər.
"Azərbaycan müəllimi" xəbər verir ki, Şahbuz rayonu üzrə Güney Qışlaq kənd tam orta məktəbini 1, Kolanı kənd tam orta məktəbini 2,
Türkeş kənd tam orta məktəbini 1, Culfa rayonu üzrə Qızılca kənd tam orta məktəbini 2, Teyvaz kənd tam orta məktəbini 2 məzun bitirib və onların hamısı tələbə olub.
Ordubad rayonunun ucqar dağ kəndlərinin 7 məktəbinin məzunlarının hamısı I seçim turunda ali məktəblərə qəbul olub. Bu məktəblərə Biləv kənd tam orta məktəbinin 3, Yuxarı Əylis kənd tam orta məktəbinin 2, Unus kənd tam orta məktəbinin 4, Kotam, Bist və Behrud kənd tam orta məktəblərinin 1 məzunu daxildir.
Babək rayonu üzrə Gərməçataq kənd tam orta məktəbin bir məzunu ali məktəbə qəbul olub.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər