Bütün xəbərlər
27 avqust, 17:31

Bəzi kütləvi informasiya vasitələrində, xaricdə təhsil şirkətlərinin müvafiq elanlarında və özünü təhsil "ekspertləri" kimi təqdim edən şəxslərin paylaşımlarında vətəndaşlarımız, xarici ölkələrdə yerləşən universitetlərə getmədən qiyabi və əyani təhsilalma formaları üzrə “onlayn” qaydada təhsil almağa təşviq olunur və sonda diplomların tanınacağı vədi verilir.

“Azərbaycan müəllimi” xəbər verir ki, bu barədə Təhsildə Keyfiyyət Təminatı Agentliyi çağırış edib.

Bildirilib ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) xaricdə təhsil sahəsində, o cümlədən tanınma prosedurları ilə bağlı heç bir şirkətlə və şəxslərlə əməkdaşlıq etmir və bunların fəaliyyətlərinə görə heç bir məsuliyyət daşımır:

"Hazırda tanınma (xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyasının Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi) Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları” (bundan sonra Qaydalar) əsasında, yalnız ənənəvi təlim metodlarına əsaslanan formal qaydada əyani və qiyabi təhsilalma formasında əldə olunmuş kvalifikasiyalara münasibətdə həyata keçirilir.

Qaydaların 4.1.4-cü yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin hər bir tədris ili ərzində müvafiq kvalifikasiya üzrə nəzərdə tutulmuş təhsilin normativ müddətinin azı yarısı qədər təhsil aldığı ölkənin ərazisində olması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində təhsil aldığı ölkənin ərazisində olması); 4.1.5-ci yarımbəndinə əsasən orta ixtisas təhsili, bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura səviyyələrinə uyğun kvalifikasiyalara münasibətdə ərizəçinin tədris müddətinin azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətində ənənəvi təlim metodlarına əsaslanan formal təhsilin əldə olunması) tələb olunur.

Belə ki, həm 4.1.4-cü, həm də 4.1.5-ci yarımbəndlərinin tələblərinin ödənilməsi üçün şəxsin əyani təhsilama forması üzrə hər tədris ilinə münasibətdə ən az 4 ay və ümumi tədris müddətində illərin cəmi üzrə ən az 21 ay təhsil aldığı ölkədə fiziki olaraq olması şərtdir (tibb və səhiyyə ixtisasları üzrə təhsilin normativ müddətinin bütün dövrü ərzində təhsil aldığı ölkənin ərazisində olması). Bu halda hər iki bənd üzrə tələblər təmin olunmuş olur. Qiyabi təhsilə gəldikdə isə Qaydaların 4.1.4-cü və 4.1.5-ci yarımbənlərinin tələblərinin ödənilməsi üçün hər tədris ilinə münasibətdə ərizəçinin 25 gün təhsil alacağı ölkədə olması şərtdir. Qeyd olunan müddətin tədris dövrünü əhatə etməsi zəruridir.

Yekun olaraq, xaricdə ali təhsil almaq istəyən vətəndaşları və onların ailə üzvlərini qeyd olunanları nəzərə almağa çağırırıq".

Şərhlər

Xəbər lenti

27 avqust, 17:30

Tələbə krediti ilə oxuyan Amil: “Dəstək olmasaydı, məzun ola bilməyəcəkdim”

27 avqust, 17:29

Dövlət Proqramı vakansiya elan edib

27 avqust, 17:28

"Yenilənən məktəblər": Sumqayıt şəhəri 36 nömrəli tam orta məktəb – FOTOLAR

27 avqust, 17:19

AFFA-da Avropa çempionu olan ASA-nın futzal komandası ilə görüş keçirilib

27 avqust, 17:15

Ötən il qəbul oldu, amma imtina etdi – Bu il bacısı ilə birgə tələbə adını qazandılar

27 avqust, 17:05

Naxçıvanda 12 ucqar kənd məktəbinin bütün məzunları ali məktəbə qəbul olub

27 avqust, 16:44

Hindistan məktəblərində mənəvi dəyərlər tədris ediləcək

27 avqust, 16:31

"Google Translate" "Duolingo" ilə rəqabət aparmaq istəyir

27 avqust, 15:39

NDU-ya yüksək bal toplayan tələbələrin qəbulu 4 dəfə artıb

27 avqust, 15:23

Evdə təhsildən peşəyə uzanan yol... – Aytacın hekayəsi

27 avqust, 14:44

1300-dən çox namizəd MİQ üzrə vakansiya seçimində uğur qazanıb

27 avqust, 14:38

MİQ üzrə vakansiya seçiminin nəticələri elan edilib

27 avqust, 14:24

Azərbaycanlı tələbələr HTP çərçivəsində Rumıniyada təhsil alacaqlar

27 avqust, 13:33

Astaranın kiçik kəndindən ABŞ universitetinə gedən yol – Uğur hekayəsi

27 avqust, 12:34

Sabahın hava proqnozu açıqlanıb

27 avqust, 12:24

Məktəblərdə şagirdlər arasında velosiped yarışları keçiriləcək

27 avqust, 11:50

Boş qalan plan yerlərinə ixtisas seçiminin vaxtı AÇIQLANDI

27 avqust, 11:42

Bağçalara növbəyə yazılma müvəqqəti dayandırılacaq

27 avqust, 11:30

Gəncədə bu məktəb qəbul imtahanlarında 100 faiz nəticə göstərdi

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.