Bütün xəbərlər
18 iyun, 16:59

Bu gündən ölkə üzrə, o cümlədən Naxçıvan Muxtar Respublikasında dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinə başlanılıb.

“Azərbaycan müəllimi” test imtahanının təşkil olunduğu mərkəzlərdən birində - Naxçıvan şəhəri 4 nömrəli tam orta məktəbdə keçirilən infoturda iştirak edib. 

Məlumat üçün bildirək ki, sertifikatlaşdırmanın test imtahanı mərhələsinin ilk gününə Azərbaycan dili və ədəbiyyat, rus dili və ədəbiyyatı, riyaziyyat və xarici dillər üzrə tədris aparan təhsilverənlər cəlb olunub. Bugünkü test imtahanında Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində çalışan 59 müəllim iştirak edib. Prosesin ilk günündə 92% davamiyyət qeydə alınıb.

Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov jurnalistlərə açıqlamasında deyib ki, proses bütün namizədlər üçün bərabər imkanlar əsasında təşkil edilib. İmtahanlar elektron formatda həyata keçirilir və hər bir iştirakçı imtahan bitdikdən sonra nəticələrini sistem üzərindən şəffaf şəkildə görə bilir: “İnanırıq ki, yaradılmış bu şərait və indiyədək müəllimlərimiz üçün təqdim edilən dəstək nəticə etibarilə uğurlu nəticələrə səbəb olacaq”.

İnfoturda iştirak edən Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Ramilə Seyidova sertifikatlaşdırmanı olduqca vacib proses sayıb. 

İnfotur çərçivəsində imtahan prosesini izləyənlərdən biri olan Naxçıvan Dövlət Universitetinin Azərbaycan tarixi kafedrasının müəllimi Sevinc Abbasova bildirib ki, infoturda iştirak onun üçün həm peşəkar, həm də şəxsi baxımdan olduqca əhəmiyyətlidir: “Bu gün təşkil edilən infoturda müşahidəçi qismində iştirak etmək, Təhsil Nazirliyinin bizim üçün yaratdığı şəraitlə birbaşa tanış olmaq, şəffaflığı görmək, dövlət qurumlarının və nümayəndələrinin prosesə yaxından cəlb olunmasını müşahidə etmək — bütün bunlar təhsilimizin gələcəyinin etibarlı əllərdə olduğunu göstərir”.

Qeyd edəki, test imtahanında azı 30 bal toplamış təhsilverənlər sertifikatlaşdırmanın müsahibə mərhələsinə keçmək hüququ qazanacaqlar. Sertifikatlaşdırmanın nəticələrinə uyğun olaraq, müəllimlərin vəzifə maaşlarına əlavələr ediləcək.

Proses iyunun 25-dək davam edəcək və ümumilikdə Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrinin 350-yə qədər müəlliminin iştirakı gözlənilir.

1 /3

Şərhlər

Xəbər lenti

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.