Bütün xəbərlər
18 iyun, 21:00

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü yekunlaşıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ilk günü başa çatıb.

İmtahan mərhələsi ölkənin 18 şəhər və rayonu üzrə ümumilikdə 39 imtahan mərkəzində təşkil olunub. Test imtahanında 2019 müəllim iştirak edib, davamiyyət göstəricisi isə 95 faiz təşkil edib.

Sertifikatlaşdırma prosesinin bu mərhələsi üzrə apellyasiya müraciətlərinin qəbuluna 19 iyun saat 12:00-dan etibarən start veriləcək. Proses və nəticələrlə bağlı hər hansı narazılığı və ya şikayəti olan təhsilverənlər portal.edu.az platformasının “Sertifikatlaşdırma” bölməsinə daxil olaraq müraciətlərini ünvanlaya bilərlər. Müraciətlərin qəbulu 19 iyul saat 12:00-dək davam edəcək. Təhlil prosesi başa çatdıqdan sonra yekun nəticələr elan olunacaq.

Qeyd edək ki, bəzən sosial media platformalarında sertifikatlaşdırma prosesi ilə bağlı həqiqəti əks etdirməyən və ictimaiyyətdə çaşqınlıq yaratmağa yönəlmiş qeyri-dəqiq məlumatlar paylaşılır. Qurum bu cür informasiyaların prosesin şəffaflığına və obyektivliyinə kölgə salmaq məqsədi daşıdığını bildirir və bütün ictimaiyyəti yalnız rəsmi mənbələrə istinad etməyə, təhsilverənlərin peşəkarlığının artırılması istiqamətində aparılan bu mühüm islahata dəstək olmağa çağırır.

Şərhlər

Xəbər lenti

16 iyul, 11:13

“Azərbaycan İES”də MDU-nun Təhsil Mərkəzi açılacaq

16 iyul, 10:59

Direktor işləmək istəyənlər üçün müsahibənin keçirilmə tarixləri bəlli olub

16 iyul, 10:12

TKTA Milli Aviasiya Akademiyasında təlim keçirib

16 iyul, 09:50

“Müasir metodist” layihəsi çərçivəsində təlimlər davam edir

16 iyul, 09:40

Təsviri incəsənət müəllimi olmaq istəyən şəxslərin NƏZƏRİNƏ!

16 iyul, 09:34

Vətəndaş müraciətlərinin statistikası açıqlanıb

15 iyul, 17:28

Beş il əvvəl parta arxasında, bu gün isə lövhə qarşısında – Gənc müəllimlər

15 iyul, 16:32

DİM sədri: Liseylərin qəbul nəticələri respublika göstərisindən xeyli yüksəkdir

15 iyul, 16:08

“Süni intellektin imkanlarından müntəzəm istifadə edirdim” – Region birincisi olan müəllim

15 iyul, 15:57

Ötənilki buraxılış imtahanlarının təhlilinin müzakirəsi keçirilib

15 iyul, 15:21

Universitetlər təhsil haqlarını artırıbmı? – SORĞU

15 iyul, 15:13

“Texnologiyaların transferi” proqramının nəticələri elan olunub

15 iyul, 14:53

Sabahın hava proqnozu açıqlanıb

15 iyul, 14:42

Bakı dünyanın ən yaxşı tələbə şəhərlərinin reytinqində yer alıb

15 iyul, 14:06

Buraxılış imtahanında zəif nəticə göstərənlərin faizi əhəmiyyətli dərəcədə azalıb – Məleykə Abbaszadə

15 iyul, 13:40

Beynəlxalq olimpiadaya qatılacaq komanda üzvləri laboratoriya hazırlıq dərslərinə cəlb ediliblər

15 iyul, 12:55

Musiqi, incəsənət məktəblərinə qəbul imtahanlarının nəticələri açıqlanıb

15 iyul, 12:55

Məleykə Abbaszadə: T-test şkalasının imtahanlarda istifadəsi müzakirə olunur

15 iyul, 12:50

Bakıda uşaq bağçasında kiçik həcmli yanğın olub 

15 iyul, 12:43

Magistraturaya qəbul imtahanında “speaking” mərhələsi tətbiq ediləcək - DİM sədri

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.