.jpeg)
Avqustun 13-də Naxçıvan Muxtar Respublikasında yaşayan 63 şəhid övladı valideyni ilə birlikdə Şuşa şəhərinə ikigünlük səfərə yolla düşüb.
"Azərbaycan müəllimi" xəbər verir ki, əvvəlcə Ali Məclisin deputatları, hökumət nümayəndələri, “Cahan Şirkətlər Qrupu” MMC-nin, “Naxçıvan Şəhid Ailələri” İctimai Birliyinin əməkdaşları şəhid övladları ilə birlikdə Ümummilli Lider Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüblər.
Şəhid övladlarının “Xarıbülbül” hotelində istirahətləri təşkil olunacaq, onlar Şuşa, Xankəndi və Ağdamın tarixi yerləri ilə tanış olacaqlar.
Səfər çərçivəsində uşaqların iştirakı ilə “Şuşanı təsvir edirəm” adlı rəsm sərgisi keçiriləcək.
Qeyd edək ki, səfərin əsas məqsədi torpaqlarımızın azadlığı uğrunda canını fəda edən şəhidlərin Vətənə əmanət qoyduğu övladlarına vətənimizin dilbər guşələrinin ecazkar təbiətini, tarixi-mədəni irsini və xalqımızın qəhrəmanlıq salnaməsini yerindəcə göstərərək onlarda Vətənə bağlılıq və qürur hisslərini daha da gücləndirməkdir.
1 /8
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər