Bütün xəbərlər
21 iyun, 12:26

Türkiyə Respublikasının İstanbul şəhərində 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti iyunun 20-də öz işinə başlayıb. 

“Azərbaycan müəllimi” xəbər verir ki, Türkiyə Respublikasının Milli Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən sammit rəqəmsal transformasiya, süni intellektin tətbiqi, gələcəyin öyrənmə modelləri və beynəlxalq əməkdaşlıq imkanları kimi aktual mövzulara həsr olunub. 

Tədbirdə müxtəlif ölkələrin təhsil nazirləri, nüfuzlu beynəlxalq ekspertlər və qabaqcıl texnologiya qurumlarının nümayəndələri iştirak edirlər. 

Sammitin məqsədi təhsil texnologiyaları sahəsində bilik və təcrübə mübadiləsi aparmaq, eləcə də tərəfdaşlıq imkanlarını genişləndirmək üçün çoxtərəfli platforma yaratmaqdır.

Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi adından sammitdə elm və təhsil nazirinin müavini Kənan Kərimzadə iştirak edir.

Tədbirin açılış mərasimində iştirak edən Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışında təhsilin inkişafında texnologiya və süni intellektin rolunu yüksək qiymətləndirməklə yanaşı, onun mənəvi və intellektual dəyərlər üzərində qurulmasının zəruriliyini xüsusi vurğulayıb. Prezident Ərdoğanın çıxışı təhsil sahəsində tarazlı və davamlı yanaşmanın vacibliyinə diqqət çəkən mühüm mesajlarla yadda qalıb. 

Eyni zamanda, sammit çərçivəsində rəqəmsal zorakılığın qarşısının alınması, süni intellekt və yeni texnologiyaların təhsildə istifadəsi, gələcək nəsillərin texnoloji dünyaya inteqrasiyası kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb. 

 Qeyd edək ki, sammit 22 iyun tarixinədək davam edəcək.

1 /5

Şərhlər

Xəbər lenti

21 iyun, 16:37

Nazir müavini 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində görüşlər keçirib

21 iyun, 16:26

Sertifikatlaşdırma müəllimlərə maddi dəstəkdir – İmtahandan uğurla keçənlər danışırlar

21 iyun, 16:18

DMA və MÜTDA nümayəndələri arasında görüş keçirilib

21 iyun, 16:01

Kənan Kərimzadə 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammitində çıxış edib

21 iyun, 15:56

Dövlət Agentliyi valideynlərə və məktəblərə təşəkkür etdi

21 iyun, 15:16

Məktəbəhazırlıq qruplarına qəbul zamanı prioritet tətbiq olunan məktəblər - SİYAHI

21 iyun, 14:56

Qabiliyyət imtahanlarına start verilib

21 iyun, 14:24

Gənc ailənin sertifikasiya uğuru

21 iyun, 14:09

NDU Macarıstan universiteti ilə ikili diplom proqramına başlayıb

21 iyun, 14:05

Stereotipləri aşan futbolçu qız: Mövsümün ən çox qol vuran oyunçusu

21 iyun, 12:38

Cəlilabadın güləşçi məktəblisi gümüş medal qazandı

21 iyun, 12:30

Sabahın hava proqnozu açıqlanıb

21 iyun, 12:19

ARTİ rəsmisi: Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər vaxtında düzgün seçildiklərini sübut edirlər

21 iyun, 11:53

Nəzakət Mehdiyeva: Sertifikatlaşdırma uğurlu müəllimlər üçün əlavə peşəkar imkanlar yaradır

21 iyun, 11:28

"Elsevier" və Azərbaycan nümayəndə heyəti arasında görüş keçirilib

21 iyun, 11:28

Sertifikatlaşdırma qaydalarında dəyişiklik gözlənilirmi? – AÇIQLAMA

21 iyun, 11:07

Gələcəyin müəllimləri məzun oldu: ADPU-da “Məzun günü”

21 iyun, 11:05

Türkiyənin məktəblərində yenidən vahid geyim forması tətbiq olunacaq

21 iyun, 10:55

Hafiz Paşayev: ADA-da yeni ixtisaslar açılacaq, tədris binaları istifadəyə veriləcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.