
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyində (DMA) Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) nümayəndələri ilə görüş keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktoru Eşqi Bağırov və hər iki qurumdan aidiyyəti struktur bölmələrin rəhbərləri iştirak edib.
Sadiq Əliyev agentliyin fəaliyyət istiqamətləri, sosial cəhətdən həssas qruplardan olan şəxslərin məşğulluğuna dəstək tədbirləri, kvota üzrə işlə təminat, peşə hazırlığı barədə məlumat verib.
Daha sonra Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin fəaliyyət istiqamətləri barədə təqdimat edilib. Görüş zamanı işə qəbul üzrə tətbiq edilən vahid mexanizmlər, vakansiyaların müəyyənləşdirilməsi meyarları, habelə qarşılıqlı əməkdaşlıq imkanları barədə geniş fikir mübadiləsi aparılıb.
Sonda müzakirə edilən məsələlər üzrə fəaliyyətlərin icrası üçün Tədbirlər Planının hazırlanması və iki qurumun əməkdaşlarından ibarət işçi qrupu yaradılması barədə razılığa gəlinib.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər