
Elm və təhsil nazirinin müavini Kənan Kərimzadə İstanbul şəhərində keçirilən 6-cı Beynəlxalq Təhsil Texnologiyaları Sammiti çərçivəsində bir sıra görüşlər keçirib.
“Azərbaycan müəllimi” xəbər verir ki, nazir müavini Türkiyə Respublikası milli təhsil nazirinin müavini Celile Eren Ökten ilə görüşüb. Görüş zamanı ümumi və peşə təhsili sahələrində qardaş ölkələr arasında cari əməkdaşlıq müzakirə edilib, gələcək əməkdaşlığın genişləndirilməsi üzərində fikir mübadiləsi aparılıb.
Sammit çərçivəsində nazir müavini həmçinin Serbiya Respublikasının təhsil naziri Dejan Vuk Stankoviç ilə görüşüb. Görüşdə Azərbaycan və Serbiya arasında təhsil sahəsində cari əməkdaşlıq və gələcək inkişaf perspektivləri müzakirə olunub.
Nazir müavini, eyni zamanda, Özbəkistan Respublikasının məktəbəqədər və məktəb təhsili nazirinin müavini Farhod Esanoviç Bokiyev ilə görüşərək iki ölkə arasında məktəbəqədər və ümumi təhsil sahələrində davam edən və planlaşdırılan əməkdaşlıq perspektivlərini müzakirə edib.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər