
17 iyun 2025-ci il tarixində Türkiyənin İstanbul şəhərində keçirilən “Qlobal Dayanıqlı İnkişaf Konqresi” çərçivəsində Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin təşkilatçılığı ilə "Elsevier" təşkilatı və Azərbaycanın nümayəndə heyəti arasında görüş baş tutub.
“Azərbaycan müəllimi” xəbər verir ki, görüşdə Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova və Azərbaycanın 10-dək aparıcı ali təhsil müəssisəsinin rəhbəri iştirak edib.
Görüş zamanı ali təhsil müəssisələrinin elmi-tədqiqat göstəricilərinin təhlili, tədqiqat strategiyasının inkişafı, beynəlxalq rəqabətqabiliyyətinin gücləndirilməsində tədqiqatların rolu və s. barədə müzakirələr aparılıb.
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər