Bütün xəbərlər
20 avqust, 17:04

Regionlarda innovasiyanın inkişafına təkan verən “İnnostart” layihəsinin qalib startapları bəlli olub.
NDU-nun mətbuat xidmətindən "Azərbaycan müəllimi"nə verilən məlumata görə, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi və "SUP VC" şirkətinin təşkilatçılığı ilə Azərbaycanın regionlarında da keçirilən “İnnostart” layihəsinin “Grand Final” mərasimi baş tutub. 

Layihənin icrası çərçivəsində 2024-cü ilin oktyabr ayından etibarən Naxçıvan Dövlət Universitetinin yaxından dəstəyi ilə Muxtar Respublikada iki dəfə hakaton təşkil olunub. Hakatonların yekununda seçilən qalib komandalar üçün investisiya imkanları yaradılıb, eyni zamanda onların “Grand Final” mərhələsinə hazırlıqları məqsədilə 3 aylıq təlim proqramları keçirilib. Təlimlərdə öz sahəsində peşəkar və tanınmış mentorlar iştirak edərək komandaların bilik və bacarıqlarının artırılmasına mühüm töhfə veriblər.
20 avqust 2025-ci il tarixində isə Bakı şəhərində keçirilən “İnnostart” Grand Final tədbirində Naxçıvan Dövlət Universitetinin tələbələrindən ibarət dörd komanda ölkənin müxtəlif ali təhsil müəssisələrinin komandaları ilə birlikdə final mərhələsində mübarizə aparıb.
Layihə çərçivəsində finala yüksələn 17 startap arasından “Backlify“, “SaleX“, “Specdeaf“, “İmYen“ startapları ümumi dəyəri 50 min manat olan mükafat fonduna layiq görülüblər. Belə ki, final mərhələsində NDU-nun startapçıları “İnnostart” Grand Finalda  böyük uğura imza atıblar. Ümumilikdə 4 komanda qalib gəlib ki, onların ikisi NDU-nu təmsil edən komandalar olub. IMYEN və Specdeaf komandalarının hər biri 12 500 manat investisiya dəyərində mükafat qazanıblar. Qalib komandalar "Türkiyənin Bilişim Vadisində inkubasiya proqramı”nda iştirak etmək hüququ əldə ediblər.

1 /1

Şərhlər

Xəbər lenti

20 avqust, 17:47

PIRLS tədqiqatına hazırlıqlar davam edir

20 avqust, 17:20

Onlar ali məktəbə imtahansız qəbul oldular

20 avqust, 17:09

MİQ üzrə növbəti vakansiya seçimi mərhələsi başlayır

20 avqust, 16:32

“Müasir metodist” layihəsi çərçivəsində keçirilən təlimlər yekunlaşıb

20 avqust, 16:08

“Şagirdlərimizin əlavə hazırlığa ehtiyacı yoxdur” – Ucqar kənd məktəbindən REPORTAJ 

20 avqust, 15:34

Azərbaycandakı özəl məktəblərin sayı açıqlanıb

20 avqust, 13:44

Azərbaycanda orta məktəblərin sayı 4400-ü ötdü

20 avqust, 13:03

İlk altı ayda 51 nəfərə elmlər doktoru dərəcəsi verilib

20 avqust, 13:01

Məktəbəqədər təhsilə cəlb olunan uşaqların sayı artıb – STATİSTİKA

20 avqust, 12:45

Sabahın hava proqnozu açıqlanıb

20 avqust, 12:40

“Bir müəllimin manifesti” proqramına qeydiyyat başlayıb

20 avqust, 12:36

17 yaşlı məktəbli startapına 1,5 milyon dollar sərmayə cəlb edib

20 avqust, 11:51

Ən güclü rəqabət hansı qrupdadır? – Ali məktəblərə qəbulla bağlı real gözləntilər

20 avqust, 11:38

Xaçmazda yenilənən məktəbə şagird qəbulu elan olunur

20 avqust, 11:31

Lisey və gimnaziyalara seçim nəticələri açıqlanıb

20 avqust, 11:15

Qeyri-səlis məntiq nədir?

20 avqust, 10:47

Azərbaycan və Türkiyə alimləri güclü terapevtik potensiala malik maddələr sintez ediblər

20 avqust, 10:36

Nurlan İsmayılbəyli: 1000-ə yaxın vakant yer birləşdirilib

20 avqust, 10:29

ADNSU Rumıniyada beynəlxalq konfrans keçirəcək

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.