
4-cü sinif şagirdlərinin oxuyub-anlama bacarığını araşdıran Oxu Savadlılığının İnkişafı üzrə Beynəlxalq Tədqiqatın (PIRLS) milli tədqiqat koordinatorlarının 5-ci görüşü keçirilir.
“Azərbaycan müəllimi” xəbər verir ki, Polşa Respublikasının Varşava şəhərində 18-22 avqust tarixlərində keçirilən görüşdə PIRLS-ın 2025-ci ildə keçirilən sınaq mərhələsinin müzakirəsi aparılır, müvafiq mərhələ üzrə əldə edilən nəticələr əsasında mətn və tapşırıqlarda edilən düzəlişlər və tədqiqatın növbəti mərhələləri barədə məlumatlar beynəlxalq mərkəz tərəfindən milli tədqiqat koordinatorlarına təqdim edilir.
Bundan başqa, görüş günləri ərzində Azərbaycan üzrə məktəblərin, siniflərin seçim prosesi, mətn və tapşırıqların ölkə kontekstinə uyğunlaşdırılması prosesi ilə bağlı milli tədqiqat koordinatoru və beynəlxalq mərkəzin əməkdaşları arasında müzakirələr həyata keçirilir.
Qeyd edək ki, ölkəmizdə Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutu tərəfindən həyata keçirilən PIRLS tədqiqatı 4-cü sinif şagirdlərinin oxu savadlılığını rəqəmsal formatda qiymətləndirməklə onların bədii və informativ mətnləri oxuyub-anlama bacarığını araşdırır.
1 /2
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər