
2025-2026-cı tədris ilində peşə təmayüllü siniflərdə fəaliyyət göstərəcək müəllimlərin işə qəbul imtahanı keçirilir. İmtahanlar ölkə üzrə ümumilikdə 24 mərkəzdə təşkil olunub.
Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında “Peşə təmayüllü siniflər” layihəsinin rəhbəri Arif Pənahov deyib.
O qeyd edib ki, müsabiqəyə peşə təmayüllü siniflər üzrə 481 vakant yer təqdim edilib. Onların 95-i qrup rəhbəri, 386-sı isə 16 müxtəlif peşə üzrə ixtisas müəllimliyi üzrədir:
“Qrup rəhbərlərinin imtahanında namizədlərə dünyagörüşü üzrə 20, informatika (İKT) fənnindən 20, pedaqogika və metodikadan isə 20 sual təqdim olunur. Dünyagörüşü və İKT üzrə düzgün cavablandırılan hər bir sual 2, pedaqogika və metodika üzrə düzgün cavablandırılan hər bir sual isə 1 balla qiymətləndirilir”.
Arif Pənahov bildirib ki, ixtisas müəllimlərinə ixtisas biliklərindən 35, əməyin təhlükəsizliyi (SƏTƏM) üzrə 5, pedaqogika və metodikadan 20 sual olmaqla, ümumilikdə 60 test tapşırığı təqdim olunur. İxtisas və SƏTƏM üzrə düzgün cavablandırılan hər bir sual 2, pedaqogika və metodika üzrə hər bir sual isə 1 balla qiymətləndirilir”.
Qeyd edək ki, ümumilikdə 60 test tapşırığından ibarət imtahanın müddəti 150 dəqiqədir. 100 ballıq qiymətləndirmə sistemi tətbiq edilir.
1 /5
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər