Bütün xəbərlər
10 oktyabr, 11:15

Əhəd Ağayev - Bu 10 yaşlı uşağın siması, səsi artıq hamımıza tanışdır. Haradan, niyə tanışdır? Ağdam Muğam Mərkəzinin açılışından.

Mayın 10-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirak etdiyi açılış mərasimində azyaşlı üçlüyün ifası yəqin ki, yadınızdadır.

Bu üçlük “Qarabağ şikəstəsi”ni ifa edən zaman dövlət başçısı kövrəlmiş, onları ayaq üstə alqışlamışdı.

Səhnəyə qalxan Prezidentlə xanımı ifaçıların üçü ilə də tək-tək görüşmüşdü. Həmin azyaşlılardan biridir Əhəd.

“Azərbaycan müəllimi” balaca xanəndə ilə həmsöhbət olub.

“Prezident və birinci xanımın alqışını almaq məni qürurlandırdı”

Ağdam rayonu Gülablı kənd uşaq musiqi məktəbinin 4-cü sinfində oxuyur. Müəllimi xanəndə Humay Məmmədovadır. Eyni zamanda, Habil Məmmədovdan da dərs alır.

Əhəd deyir ki, 5 yaşından musiqiyə həvəsi yaranıb.

“İlk ifam “Xudayar təsnifi” olub. 6 yaşımda isə “Qatar” muğamını müəllimim öyrətmişdi. Hazırlıqlarım mütəmadi qaydada davam edir. Bir çox müsabiqələrdə iştirak edib 1-ci yerə layiq görülmüşəm, "Payız əfsanələri – 2022" adlı beynəlxalq müsabiqənin  “Qran-pri”sini almışam. Hər dəfə sənətkarlarımıza, xalq artistlərimizə qulaq asıb, yeni nəsə öyrənməyə çalışırdım.

Hər bir yarışmada, müsabiqədə həyəcanlı oluram. Amma daha çox Ağdam Muğam Mərkəzinin açılışında həyəcanlı idim. Prezident və birinci xanımın alqışını almaq, onların isti münasibətini görmək çox qürurlandırdı məni. Mərkəzin açılışına məsuliyyətlə hazırlaşmışdım. Bu açılışa, həmçinin IX “Muğam” Televiziya Müsabiqəsinə (Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət Nazirliyinin və Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir) hazırlaşarkən Əməkdar arstist Təyyar Bayramov mənə böyük dəstək göstərmişdi”.

“İstəyirəm ki, muğamlarımızın dünyaya tanıdılmasında rolum olsun”

“Açılışla bağlı konservatoriya və Muğam Mərkəzində məşqlərimiz olurdu. Evə gələndən sonra da telefon vasitəsilə səsimi müəllimimə göndərirdim, o da səhvlərimi düzəldirdi. Çətin qəzəllər var idi, onları öyrənmək mənə muğamı yenidən öyrənmək kimi gəlirdi. 4 ay çox əziyyət çəkdik. Amma bu zəhmətə dəydi. IX “Muğam” Televiziya müsabiqəsində 9-16 yaşlılar arasında 1-ci yerə çıxdım. Qalibiyyət gözəl hissdir. Böyüyəndə də bu yolu davam etdirəcəyəm. Çox istəyirəm ki, muğamlarımızın dünyaya tanıdılmasında rolum olsun.

Bütün hər yerdə atamla anamın dəstəyini hiss etmişəm, əziyyətləri böyükdür, onlara da çox təşəkkür edirəm”.

“Şəhid Xudayar Yusifzadənin ifasını eşidəndən sonra 5 yaşında olan oğlumun musiqiyə marağı oyandı”

Arada söhbətimizə Əhədin atası Mehdi Ağayev də qoşulur.

“Bayaq oğlum xanəndəliyə “Xudayar təsnifi” ilə başladığını dedi. Bəli, 2020-ci ildə Vətən müharibəsinin şəhidi Xudayar Yusifzadənin ifasını eşidəndən sonra 5 yaşında olan oğlumun musiqiyə marağı oyandı sanki. İlk oxuduqları “Can Qarabağ” və “Xudayar təsnifi” oldu. İfasını gördükdən sonra bizdə də maraq yarandı, onun bu istedadının arxasınca getməsinə dəstək olduq.

Beləcə, oğlumu götürüb gəldim Ağdamın Gülablı kənd uşaq musiqi məktəbinə. Humay Məmmədova onun səsinə qulaq asandan sonra müsbət rəy verdi və hazırlaşdırdı.

Oğlu ilə bütün məşqlərə gedən Mehdi Ağayev bildirir ki, çəkilən əziyyətin bəhrəsini gördülər.

“Özüm maşın ustasıyam, Əhədin anası da evdar xanımdır.

Azyaşlı olmasına baxmayaraq prinsipləri olan uşaqdır. Qarşısına qoyduğu məqsədə nail olmaq üçün çalışır, uğur əldə etməyə səy göstərir.

Muğam bizim kimliyimiz, irsimizdir, mədəniyyətimizdir. Çalışmalıyıq ki, gələcək nəsillərə doğru və düzgün şəkildə çatdırılsın. İnanıram ki, Əhəd də bu yolda gözəl örnək olacaq, buna bütün qəlbimlə əminəm. Qarşıda onu çoxlu uğurlar gözləyir”.

Şərhlər

Xəbər lenti

10 oktyabr, 18:00

ADNSU tələbəsi Beynəlxalq Gənclər Forumunda ölkəmizi təmsil edib

10 oktyabr, 17:56

“Dünya Psixi Sağlamlıq Günü”nə həsr olunmuş təlim keçirilib

10 oktyabr, 17:49

Bağçalara növbəyə yazılma prosesi davam edir

10 oktyabr, 17:48

BSU “Birgə və Sağlam” İctimai Birliyi ilə əməkdaşlığını genişləndirir

10 oktyabr, 17:13

ADNSU-da “Qraf entropiyası və şəbəkə strukturları” mövzusunda seminar keçirilib

10 oktyabr, 17:09

BMU ilə Malayziya universiteti arasında əməkdaşlıq əlaqələri qurulur

10 oktyabr, 16:50

Naxçıvan məktəblərində psixoloq vəzifəsinə işə qəbul başlayır

10 oktyabr, 16:45

Bakı məktəbliləri arasında aşkarlanan xəstəliklər – Yeni statistika

10 oktyabr, 16:37

4 günlük dərs rejimi: Bu model tələbələr üçün daha effektivdirmi?

10 oktyabr, 16:19

BANM loqo müsabiqəsi elan edir

10 oktyabr, 15:48

NDU-da dərs deyən əcnəbi alimlərin sayı rekord həddə çatıb

10 oktyabr, 15:27

Maksimum nəticə göstərən müəllim: Heç vaxt “hər şeyi bilirəm” deməmişəm

10 oktyabr, 14:37

Məktəblərdə iqlim savadlılığını necə artıraq?

10 oktyabr, 14:11

BANM-də “Dayanıqlı İnkişaf Həftəsi” keçirilib

10 oktyabr, 14:03

AzMİU-da ekoloji təhlükəsizliklə bağlı master-klas təşkil olunub

10 oktyabr, 13:20

“Məqsədim ancaq qələbə çalmaq idi” – MDB Oyunlarının medalçısı

10 oktyabr, 13:11

Sülh üzrə Nobel laureatının adı açıqlandı

10 oktyabr, 12:48

Daha 584 tələbə dövlət sifarişi ilə təhsil alacaq

10 oktyabr, 12:41

Türkiyəli mütəxəssislər peşə mərkəzində təlimlər keçirlər

10 oktyabr, 12:25

BSU-da inklüziv və dayanıqlı təhsil proqramları müzakirə edilib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.