
Qarabağ Universiteti, Beynəlxalq Türk Akademiyası və Türkiyə Elmlər Akademiyasının birgə təşkilatçılığı, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin dəstəyi ilə VII Türk Dövlətləri Türkoloji yay məktəbi keçiriləcək.
Universitetdən “Azərbaycan müəllimi”nə verilən məlumata görə, yay məktəbi 2025-ci ilin 10-17 avqust tarixində Xankəndi şəhərində baş tutacaq.
Qarabağ Universitetində keçiriləcək yay məktəbi Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı mövzularına həsr olunub.
Yay məktəbinin əsas məqsədi iştirakçıların mövzular üzrə nəzəri və praktiki biliklərini artırmaq, elmi tədqiqat bacarıqlarını inkişaf etdirmək və yeni əməkdaşlıq imkanlarını təşviq etməkdən ibarətdir.
Yay məktəbində Türk tarixi, Türk düşüncə və incəsənət tarixi, Türk dili və ədəbiyyatı, antropologiya, kulturologiya və arxeologiya sahələrində fəaliyyət göstərən və tədqiqat aparan 35 yaşadək doktorantlar və alimlər iştirak edə bilərlər.
Tədrisin türk dilində aparıldığı yay məktəbində iştirakla bağlı bütün xərclər təşkilatçılar tərəfindən qarşılanacaq.
İştirak üçün müraciətlər 2025-ci ilin 15 iyun tarixinədək qəbul olunur.
Ətraflı məlumat və qeydiyyat üçün: https://summerschool2025.tuba.gov.tr/
1 /1
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər