Bütün xəbərlər
15 may, 12:08

Qarabağ Universitetində Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) üzv təşkilatının təsis edilməsi münasibətilə tədbir keçirilib.

Universitetdən “Azərbaycan müəllimi”nə bildirilib ki, tədbirdə Qarabağ Universitetinin rəhbər və professor-müəllim heyəti, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ) rəsmiləri, universitetin tələbələri və media nümayəndələri iştirak ediblər.

Qarabağ Universitetinin rektoru Şahin Bayramov tədbirdə açılış nitqi ilə çıxış edərək Qarabağ Universitetində Həmkarlar İttifaqı Komitəsinin (HİK) yaradılmasının universitetin sosial-mədəni həyatında əlamətdar hadisə olduğunu bildirib. Rektor HİK-in üzv təşkilatının təsis edilməsinin Universitetin gələcək inkişafına hədəfləndiyini vurğulayaraq qeyd edib ki, Komitənin fəaliyyətində həm əməkdaşlar, həm də tələbələr üçün həssas yanaşma mövcuddur. Ş.Bayramov HİK-in gələcək planlarından bəhs edərək fəal tələbələr üçün yeni imkanların yaradılmasını təklif edib.

ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayev Qarabağ Universitetində çıxış etməyin onun üçün böyük qürur olduğunu qeyd edib. A.Paşayev diqqətə çatdırıb ki, HİK əmək hüquqlarının müdafiəsi ilə yanaşı, eyni zamanda universitet daxilində həmrəyliyin, sosial ədalətin və sağlam əmək münasibətlərinin təməlini təşkil edir.

Tədbirdə HİK-in qarşıya qoyduğu əsas məqsədlər, işçilərin sosial rifahının yaxşılaşdırılması, əmək şəraitinin inkişaf etdirilməsi, asudə vaxtın səmərəli təşkil olunması və maarifləndirmə tədbirlərinin keçirilməsi ilə bağlı məlumatlar verilib.

Sonra Qarabağ Universitetində təsis olunan HİK-in təşkilatına idarə heyəti, sədr və təftiş komissiyasının üzvləri seçilib.

1 /4

Şərhlər

Xəbər lenti

18 iyun, 22:07

 7 nəfərin imtahan nəticəsi ləğv edilib

18 iyun, 21:50

I və IV qruplar üzrə ən yüksək nəticəni onlar topladı

18 iyun, 21:35

l və IV qruplar üzrə qəbul imtahanının nəticələri açıqlandı

18 iyun, 21:00

Sabahdan sertifikasiyanın test mərhələsi üzrə apellyasiya başlayır

18 iyun, 20:29

Lənkəran-Astara regionunda sertifikatlaşdırmanın ilk günü necə keçdi? – REPORTAJ

18 iyun, 18:12

“Suallar çox yüksək səviyyədə tərtib olunmuşdu” – İmtahanda yüksək bal toplayan müəllimlər

18 iyun, 17:07

Sertifikatlaşdırmadan o da maksimum bal topladı – Fəridə müəllimin tövsiyələri 

18 iyun, 16:59

Naxçıvanda İmtahan Mərkəzinə infotur olub

18 iyun, 16:49

“Hər kəs əməyinə uyğun nəticə əldə edir” – Yüksək bal toplayan Naxçıvan müəllimləri

18 iyun, 16:41

Gəncə şəhərinin icra başçısı sertifikatlaşdırma prosesini izləyib

18 iyun, 16:37

Daha iki müəllim sertifikatlaşdırmada maksimum bal toplayıb

18 iyun, 15:57

“Müasir metodist” müsabiqəsi çərçivəsində təlimlər davam edir

18 iyun, 15:34

Cənub regionunda 184 müəllim sertifikatlaşdırmada iştirak edib

18 iyun, 14:57

Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsinin qalibləri üçün yay düşərgəsi keçiriləcək

18 iyun, 14:45

Azərbaycan və Çin universitetləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

18 iyun, 14:33

Sertifikatlaşdırmanın bugünkü test imtahanlarında 2019 müəllim iştirak edib

18 iyun, 14:27

Naxçıvanın komitə sədri: Sertifikatlaşdırma imtahanının keçirilməsi vacibdir

18 iyun, 14:22

Azad olunan ərazilərdə çalışan müəllimlər ilk dəfə sertifikasiyada iştirak ediblər

18 iyun, 13:33

Sertifikatlaşdırmadan uğurla keçənlər: İmtahan o qədər də çətin olmayıb

18 iyun, 13:29

AzMİU ilə Ankara Universiteti arasında əlaqələr genişlənir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.