Bütün xəbərlər
3 aprel, 09:08

“Sabahın alimləri” müsabiqəsində Şəki-Zaqatala Regional Təhsil İdarəsinin şagirdləri növbəti uğura imza atıblar. Onlar “ZERO” layihəsi ilə robototexnika və süni intellekt nominasiyası üzrə 3-cü yerə layiq görülüblər.

Şəki şəhər M.Füzuli adına 3 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Maarif Rəfili deyib ki, “ZERO” etik hakerlərin (pentesterlərin) fəaliyyətini avtomatlaşdırmaq üçün nəzərdə tutulmuş süni intellekt alətidir.

Onun sözlərinə görə, kibertəhlükəsizliyə dair tapşırıqları sürətləndirmək üçün süni intellekt texnologiyasından istifadə etmək qərarına gəliblər.

Layihənin həmmüəlliflərindən olan Emil Cabbarov Şəki şəhəri 8 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Emil layihənin bir illik gərgin zəhmətləri nəticəsində ərsəyə gəldiyini bildirib:

“Kibertəhlükəsizlik müasir dövrdə prioritet məsələlərdəndir, lakin bu istiqamətdə görülən işlər çox vaxt aparır. “ZERO” bizə sistem zəifliklərini tez aşkarlayıb sürətlə aradan qaldırmağa imkan verir”.

Şagirdlər qeyd edirlər ki, bu süni intellekt köməkçisi səsli əmrləri qəbul edir, aktiv hücum ssenarilərini həyata keçirə bilir və informasiya təhlükəsizliyi ilə bağlı suallara əhatəli cavablar vermək potensialına malikdir. Layihənin bütün texniki detalları ingilis dilində ayrıca linkdə paylaşılaraq beynəlxalq mütəxəssislərin də diqqətinə çatdırılıb: https://zrsecurity.com/

Layihənin elmi rəhbəri, riyaziyyat və informatika müəllimi İsrafilova Gülbəniz gənclərin böyük potensiala malik olduğunu vurğulayıb:

“Layihə onların tədqiqat bacarıqlarının və yaradıcılıqlarının bariz nümunəsidir. Bu layihə gələcəkdə daha da təkmilləşərək real sahələrdə tətbiq edilə bilər”. 

Onun fikrincə, bu cür uğurlar gənclərə stimul verərək Şəki-Zaqatala bölgəsində elm və innovasiyaya marağın daha da artmasına səbəb olacaq.

Hər iki şagird – Maarif və Emil kibertəhlükəsizlik sahəsində biliklərini daha da dərinləşdirməyi, “ZERO” kimi layihələri inkişaf etdirməyi və bu sahədə böyük uğurlara imza atmağı qarşılarına məqsəd qoyublar. Onlar bildirirlər ki, “Sabahın alimləri” müsabiqəsində qazandıqları 3-cü yer onların gələcəkdə daha çox araşdırma aparmasına və ölkəmizdə kibertəhlükəsizliyin inkişafına töhfə verməsinə böyük təkan verir.

Şərhlər

Xəbər lenti

1 may, 15:44

Üç məktəbdə I sinfə qəbul üzrə müsabiqə mərhələsi ləğv edilib

1 may, 15:20

Naxçıvanda təhsil müəssisələrinə müdir və direktorlar təyin edilib

1 may, 15:00

Elmi fəaliyyətimdə daha yüksək standartlara çatmaq istəyirəm – gənc tədqiqatçı

1 may, 14:53

Müasir təhsil sistemi və müəllim rolunun transformasiyası: İnklüzivlik və emosional liderlik

1 may, 13:57

Bu təhsil müəssisələrində müsabiqə mərhələsi ləğv olunub - SİYAHI

1 may, 12:46

Sabahın hava proqnozu açıqlanıb

1 may, 12:40

Azərbaycan dili fənni üzrə imtahan keçiriləcək

1 may, 12:29

Respublika fənn olimpiadalarında daha bir yenilik olacaq

1 may, 12:25

MÜTDA valideynlərə çağırış etdi

1 may, 12:04

Lənkəranda “Peşə sərgisi” – Şagirdlər əl işlərini nümayiş etdirdilər

1 may, 12:01

Naxçıvanda yeni kadr təyinatları olub

1 may, 12:00

RFO-nun biologiya fənni üzrə praktiki turuna mediatur təşkil olunub

1 may, 11:43

“Qazaxıstanın xaricdə təhsil proqramı öz hədəflərinə çatıb” – Adil Kusmanov

1 may, 11:33

“Azərbaycan üçün İngilis Dili Strategiyası” sənədinin təqdimatı keçirilib

1 may, 11:10

Magistraturaya qəbul imtahanında iştirak edəcək bakalavrların NƏZƏRİNƏ!

1 may, 11:07

Rezidenturaya qəbul imtahanının I mərhələsi keçiriləcək

1 may, 11:03

Elm və təhsil naziri Astarada vətəndaşları qəbul edəcək

1 may, 10:58

BDU Beynəlxalq Dayanıqlı Kampus Şəbəkəsinə üzv olub

1 may, 10:51

RFO-nun final turunun kimya fənni üzrə yoxlama prosesi yekunlaşıb

1 may, 10:51

Qazi Universiteti xəstəxanalarının həkimləri NDU-da tədqiqata cəlb edilə bilər

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.